2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Britaniya Parlamentində Azərbaycan hakimiyyətinin korrupsiyasından danışıldı

Böyük Britaniya parlamentinin bir qrup üzvlәri- Brake, Flynn, Paul McDonald, Stevart Lucas, Caroline öldürülәn maltalı jurnalistin işinin araşdırılması ilә bağlı xüsusi bir bәyanatla çıxış ediblәr.

Palata 16 oktyabr 2017-ci ildə avtomobilə yerləşdirilən bomba ilə öldürülən Maltalı araşdırmaçı jurnalist Daphne Caruana Galizia’nın qətlini qınayır; 24 Yanvar 2018-ci ildə qətlindən 100 gün ötdüyü qeyd edir; Malta və Avropada korrupsiyanı ifşa edən cəsarətli hesabatlarını, xüsusilə də Panama Kağızları üzrə işlərini və Azərbaycan höküməti tərəfindən satın alınma hallarını və pulların yuyulmasına dair araşdırmalarını yüksək qiymətləndirir; Malta rəsmilərini onun qətli ilə əlaqəli hərtərəfli, müstəqil və şəffaf araşdırma aparmağa və hücumu planlaşdırmaqda və həyata keçirməkdə məsuliyyət daşıyanların hamısını ədalətə təslim etməyə çağırır; beynəlxalq ictimaiyyəti,
Avropa Şurasında istintaqa nəzarət edən xüsusi məruzəçi təyin etməklə istintaqa tam nəzarəti təmin etməyə çağırır; “Sərhədsiz Reportyorlar” ın məlumatına görə, 2017-ci ildə öldürülən qadın jurnalistlərin sayı 2016-cı ildən iki dəfə artıqdır; korrupsiyaya hallarını ifşa etmək üçün çalışan araşdırmaçı jurnalistlərin qəsdən hədəflənməsi isə daha da narahat edicidir; şəffaf, hesabatlı və demokratik idarəetmədə araşdırmaçı jurnalistikanın kritik rolu vurğulanır; beynəlxalq hüququn həyata keçirilməsi və hər il fəaliyyəti zamanı öldürülən jurnalistlərin sayını azaltmaq üçün BMT-nin Jurnalistlərin Təhlükəsizliyi üzrə Xüsusi Nümayəndəsinin yaradılması kampaniyasına dəstək verməyə çağırır.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button