2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

Britaniya ‘Putinin təbliğatçılarına’ yeni sanksiyalar qoyur

Britaniyanın xarici işlər naziri Liz Trass deyib ki, sanksiyalar “Putinin saxta xəbərlərini və ideyalarını yayan utanmaz təbliğatçıları” hədəfləyəcək
Britaniya RT dövlət telekanalının təsisçisinin, “Rossiya Seqodnya” media holdinqinin və bir sıra başqa media menecerlərinin adlarını sanksiya siyahısına daxil edib.
Ümumilikdə Britaniyanın sanksiya siyahısına 14 rusiyalının adları əlavə olunub.
Bunların arasında Gazprom-media holdinqinin baş direktoru Aleksandr Jarov, Sputnik agentliyinin rəhbəri Anton Anisimov, RT telekanalının baş direktoru Alerksey Nikolov, “strateji mədəniyyət” fondunun başçısı Vladimir Maksimenko, “Kamerton” jurnalının baş redaktoru Svetlana Zamlelova, “Rossiya” telekanalının aparıcısı Sergey Brılyov da var. Brılyov həm də Britaniya vətəndaşıdır.
Bu şəxslərin Britaniyada olan bütün aktivləri dondurulacaq, özlərinin isə Birləşmiş Krallığa girişi qadağan ediləcək.
Britaniya hökuməti bildirir ki, sözü gedən şəxslərə sanksiyalar Rusiyanın Ukraynaya təcavüzünə görə qoyulur.
“Mariupolun qəssabı”
RT-nin baş redaktoru Marqarita Simonyanın müavini Anna Belkina Reuters agentliyinə deyib ki, bu sanksiyalar Britaniyada media azadlığının ölümünə bərabərdir.
O habelə deyib ki, RT Qərbin qoyduğu bütün məhdudiyyətlərə baxmayaraq fəaliyyətini davam etdirəcək.
Sanksiyalar siyahısına RT telekanalının sahibi TV-Novosti şirkəti də salınıb.
Britaniyanın xarici işlər naziri Liz Trass deyib ki, sanksiyalar “Putinin saxta xəbərlərini və ideyalarını yayan utanmaz təbliğatçıları” hədəfləyəcək.
Yenilənmiş sanksiya siyahısında Rusiyanın ordu general-polkovniki Mixail Mizintsevin də adı var. Britaniya mediası Ukraynaya müdaxilə edən Rusiya qoşunlarının komandanı Mizintsevi “Mariupolun qəssabı” adlandırır.
General Mizintsevə sanksiyalardan danışan baş nazir Boris Conson deyib ki, belə görünür, Ukraynanın Mariupol şəhərində hərbi cinayətlər törədilib.

24 saat” “
Britaniya ‘Putinin təbliğatçılarına’ yeni sanksiyalar qoyur
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button