2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Britaniya seçim astanasında

İyunun 8-i Böyük Britaniyada növbədənkənar parlament seçkisi keçiriləcək. İcmalar Palatasındakı 650 yerə 3300-dən çox namizəd iddia edir.

Mühafizəkarlar Partiyasının 637, Leyboristlər Partiyasının 631, Liberal Demokrat Partiyasının 629, Yaşıllar Partiyasının 468, İstiqlal Partiyasının 377 namizədi qeydə alınıb.

Saytların yığılması Saytlarin yigilmasi

Şotland Milli Partiyası parlamentdə şotlandlara ayrılan 59 yer üçün yarışır.

Mandat uğrunda 183 partiyasız namizəd mübarizə aparır.

İcmalar Palatası aprelin 19-da növbədənkənar seçki qərarı verib. Növbəti parlament seçkisi 2020-ci ildə keçirilməli idi.

Mühafizəkarlar və Leyboristlər 1922-ci ildən bu yana parlamentdə ən çox yer alan iki partiyadır. 1935-ci ildən isə baş nazirlər yalnız bu iki partiyanın təmsilçiləri olur. Hazırda Mühafizəkarlar Partiyasının lideri Tereza Mey baş nazirlik edir. (Novator.az)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button