2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Britaniya seçkisində hakim partiya çoxluğunu itirə bilər

Birləşmiş Krallıqda parlament seçkilərinin səssayma prosesi davam edir.

Lakin indidən bəzi ümumi nəticələr görünməyə başlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Böyük bir ehtimalla baş nazir Thersa May-in mühafizəkarları bu seçkinin nəticəsi olaraq parlamentdəki çoxluğu itirəcəklər.

Bu qəfil və erkən seçkinin keçirilməsinin əsas təşəbbüskarı xanım May-in özü idi. O bildirirdi ki, Avropa İttifaqından sərt bir şəkildə ayrılmanı təmin etmək üçün ona daha böyük bir mandat lazımdır. İndi belə görünür ki, həmin mandat kiçilib.

Müxalif leyboristlər bütün rəy sorğularına rəğmən gözlənildiyindən daha yaxşı nəticə əldə ediblər. Partiyanın lideri, populist-sosialist Jeremy Corbyn baş naziri istefaya çağırıb.

Onun fikrincə, Müfafizəkar Partiyanın qələbəsinə baxmayaraq Theresa May etimadı doğrultmayıb.

Bəzi proqnozlara görə seçki nəticəsində Britaniyanın siyasi praktikasında nadir hallarda baş verən “yellənən parlament” formalaşa bilər.

Belə parlamentdə hər hansı qərarların qəbulu xeyli mürəkkəbləşmiş olur.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button