2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Britaniya ”WikiLeaks” yaradıcısının ABŞ-a ekstradisiyasını təsdiqlədi

Assanc qərara etiraz edəcəyini açıqlayıb.

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi isə Assancın apelyasiya şikayəti vermək üçün 14 gün müddətinin olduğunu bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirlik bildirib ki, Assancın ekstradisiyası hər hansı insan hüququ pozuntusu deyil:

“Eyni zamanda, ifadə azadlığı ilə ziddiyyət təşkil etmir. ABŞ-da ona lazımi rəftar göstəriləcək”.

“WikiLeaks”in “Twitter” hesabında yer alan yazıda “Britaniya demokratiyası və mətbuat azadlığı üçün qara gün” şərhi verilib.

ABŞ Assancı 2010 və 2011-ci illərdə ”WikiLeaks”ə sızdırılan sənədlərə görə “milli təhlükəsizlik məlumatlarını ələ keçirmək və açıqlamaq” da daxil olmaqla 17 cinayətdə mühakimə etmək istəyir.

Assancın vəkilləri isə ”WikiLeaks”in İraq və Əfqanıstan müharibələri ilə bağlı məxfi sənədləri dərc etməsinin ictimai maraqlara xidmət etdiyini açıqlayıblar.

Bildiriblər ki, həmin məlumatlar ABŞ-ın qanunsuz fəaliyyətini ifşa etmək üçün açıqlanıb.

Ekvador sığınacaq statusunu ləğv etdikdən sonra 2019-cu ildə bu ölkənin Londondakı səfirliyindən çıxarılan və həbs edilən Culian Assanc o vaxtdan bəri Belmarş həbsxanasında saxlanılır.

Westminster Magistrates Məhkəməsi apreldə Assancın ABŞ-a ekstradisiyasını təsdiqləyib.

Bundan sonra daxili işlər naziri Priti Patelin qərarı gözlənilirdi.

Assanc həbsxanadan videobağlantı vasitəsilə dinləmələrdə iştirak edib.

Patelə “ciddi təqdimatlar” edəcəklərini, ABŞ-dakı cəza sistemi və şərtləri ilə bağlı məlumat verəcəklərini deyən Assancın vəkilləri daha əvvəl ekstradisiya qərarının təsdiqlənəcəyi təqdirdə məsələni Ali Məhkəməyə daşıyacaqlarını bildirmişdilər.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button