SEÇMƏ

Britaniyada 200-ə yaxın azyaşlı miqrantın itkin düşdüyü bildirilir

Yayımlandı: 25 Yanvar 2023 15:01

Onlardan bir neçəsinin qaçırıldığı iddia edilir

Britaniya Daxili İşlər Nazirliyinin nəzarətində olan otellərdə yerləşdirilən 200 yetkinlik yaşına çatmayan miqrantın itkin düşdüyü bildirilir.

Bunu ilk olaraq Britaniyanın kiçik daxili işlər naziri Simon Murrey etiraf edib.

Murrey itkin düşənlərlə bağlı Palatasına da məlumat verib.

O, bu açıqlamanı isə “The Observer” nəşrinin Braytondakı “Home Office” otelindən bir mənbənin otelin yaxınlığındakı küçədən bir neçə uşağın qaçırıldığını iddia etməsindən sonra verib.

Murrey 2021-ci ilin iyul ayından bəri toplanan rəqəmləri açıqlayıb:

“Daxili İşlər Nazirliyinin bu otellərdə müşayiət olunmayan sığınacaq axtaran uşaqları saxlamaq səlahiyyəti yoxdur və biz bəzilərinin itkin düşdüyünü bilirik. Sonradan itkin düşənlərin çoxu axtarılır”,- o deyib.

Məsələ ilə əlaqədar ölkənin immiqrasiya naziri Robert Cenrik də danışıb.

O deyib ki, itkin düşən 200 uşağın 88%-i (176) alban əsillidir və onların əksəriyyəti Britaniyaya qayıqlarla valideynsiz gəliblər.

Onun sözlərinə görə, hazırda nazirliyin tabeliyində olan mehmanxanalara yerləşdirildikdən sonra ən azı bir qız və 16 yaşına çatmamış daha 13 uşaq itkin düşüb.

Eyni rəqəm Murreyin Lordlar Palatasına verdiyi məlumatda da əksini tapıb.

Britaniya hökumətinin müşayiət olunmayan uşaq sığınacağı axtaranlar üçün Braytondakı bir otel də daxil olmaqla altı “Home Office” otelindən istifadə etdiyi bildirilir.

“Bloomberg” 2023-cü il yanvarın 1-də hökumətin statistikasına istinadən yazıb ki, 2022-ci ildə Britaniyaya 45 min qeyri-qanuni miqrant gəlib.

Sayt qeyd edib ki, onlar qayıqla La-Manş boğazından keçərək ölkəyə daxil olublar.

Meydan TV

Gözdən qaçırmayın:  İkinci 44 günlük “savaş”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button