2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Britaniyada iki nazir istefa verib

Britaniya hökumətinin iki üzvü iyulun 5-də Baş nazir Boris Consonla işləməkdən imtina edərək istefa verib. Onlardan Səhiyyə naziri Sacid Cavid açıqlamasında hökumət başçısına etimadı itirdiyini bildirib. Digəri, Maliyyə naziri Rişi Sunak da deyib ki, Britaniya cəmiyyəti hökumətdən “düzgün, bacarıqlı və ciddi iş” gözləyir və onun baş nazirlə baxışları çox fərqlidir.

Saytların yığılması Saytlarin yigilmasi

İstefa Consonun başçılıq etdiyi Mühafizəkarlar Partiyasının mühüm üzvünün partiyadakı vəzifəsindən istefa verməsindən bir həftə sonraya təsadüf edir. Belə ki, Kris Pinçer Mühafizəkarların qapalı klubunda keçirilən məclisdə sərxoş halda kişilərə sataşmaqda ittiham olunurdu.

Bu qalmaqal Consonun partiyadaxili kəskin tənqidi fonunda baş verib. Apreldə o, tarixdə vəzifədə olarkən qanunu pozması ifşa edilən ilk baş nazir oldu. Onda o, öz hökumətinin COVID-19 pandemiyası səbəbiylə elan etdiyi ümumi karantin zamanı həmin qaydaların pozulduğu təsbit edilən bir məclisdə iştirakına görə cərimələndi.

Amma iyunun əvvəlində Conson Mühafizəkarlar Partiyasında məsləkdaşlarının ona qarşı irəli sürdüyü etimadsızlıq üzrə səsvermədə qalib gəldi. Parlamentdəki 211 partiya nümayəndəsi Consonun lehinə, 148-i isə əleyhinə səs verdi.

Bundan sonra partiya 100 ildən artıqdır ki, heç birində uduzmadığı iki dairədə təkrar seçkilərdə məğlub oldu. O mandatların hər ikisi əvvəllər Mühafizəkarlara məxsus idi . Həmin yerlərin sahiblərindən biri cinsi təcavüzdə təqsirli bilinib, ikincisi debat zamanı parlamentdə pornoqrafiyaya baxdığını etiraf edib və hazırkı deputatların tuta bilməyəcəyi vəzifəyə göndərilib.

Həmçinin, iyunun 5-də hakim Mühafizəkarlar Partiyasının gənclərlə iş üzrə sədr müavini Bim Afolami və Britaniyanın Mərakeşdəki ticarət nümayəndəsi Endrü Marrison da istefa veriblər.

Müxalifətdəki Leyboristlər Partiyasının lideri Kir Starmer iyulun 5-də deyib ki, Britaniya hökuməti Consonu işdən çıxarmalıdır.

Bu, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi demək olardı – sorğular göstərir ki, Mühafizəkarlar xeyli sayda yer itirə bilər. “YouGov” sorğusuna görə, britaniyalıların 60 faizi hökumətin, 71 faizi isə şəxsən Consonun işini bəyənmir. Sosioloqların proqnozuna görə, keçən həftə seçkilər keçirilsəydi, Mühafizəkarlardan daha çox insan Leyboristlərə səs verərdi və birincilər parlamentdə ən azı 26 yer itirərdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button