2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Britaniyada növbədənkənar parlament seçkilərinin vaxtı açıqlandı

Böyük Britaniya növbədənkənar parlament seçkilərinə gedir.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, Britaniyanın baş naziri Tereza Mey seçkilərin iyunun 8-də keçiriləcəyini açıqlayıb.
“Mən indi nazirlər kabinetinin iclasını keçirdim. Biz qərar qəbul etdik ki, ölkədə yeni parlament seçkiləri iyunun 8-də keçiriləcək. Ölkəyə güclü hökumət lazımdır”, – hökumət başçısı Dauninq-strit iqamətgahında çıxışı zamanı bildirib.
Qeyd edək ki, Mey seçkilərin keçirilməsi haqqında qərarı keçirilən son rəy sorğuları fonunda qəbul edib. Sorğulara görə, hakim Mühafizəkarlar Partiyası reytinqini xeyli artırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button