2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Britaniyada saata 12 dollar qazanan miqrantlar

Düşənbədən gələn 35 yaşlı işçi təzəlikcə Şotlandiyada çalışdığı fermanı tərk etməli olub. O, səbəb kimi Şərqi avropalı müdirlərin onunla pis rəftarını göstərib, Bolqarıstandan olan müdirlərin kobud davrandığını, işçiləri təhqir etdiyini deyib

Saytların yığılması Saytlarin yigilmasi

Britaniya fermalarında mövsümi işlərdə çalışan Orta Asiyadan getmiş miqrant işçilər bu ölkədə olmaqdan razılıq edirlər. Ancaq daha çox iş istəyirlər.

Özbəkistan, Qırğızıstan, Tacikistan və Qazaxıstandan minlərlə işçi bu il Britaniya hökumətinin “Mövsümi işçi sxemi” adlanan proqramı ilə həmin ölkəyə gedib. Bu sxem hələ 2019-cu ildə Breksit nəticəsində fermaların üzləşdiyi kəskin işçi çatışmazlığını azaltmaq üçün hazırlanıb və sonradan onun müddəti 2024-cü ilədək uzadılıb.

Fermalar Breksitdən öncə Avropa Birliyinin Bolqarıstan və Rumıniya kimi yoxsul ölkələrindən mövsümi işçilər dəvət edirdilər. Ancaq Breksitin qəbulundan sonra bunu etmək çətinləşib. Nəticədə Britaniya indi Monqolustan, Nepal və İndoneziya kimi yerlərdən işçilər gətirməyə başlayıb.

Britaniyalı fermerlər həyəcan təbili döyərək xarici işçilər olmasa yetişmiş meyvə və tərəvəzin sahələrdə çürüyəcəyi haqda xəbərdarlıq ediblər. Britaniya hökuməti bu xəbərdarlığa cavab olaraq bu il xarici işçilər üçün 40 min altı aylıq viza verəcəyini bildirib.

“Şotlandiyadakı fermada bizi işə götürənlər altı günlük iş həftəsi ərzində bizə 30 saatlıq iş verirdilər. Ancaq Britaniyaya gəlməzdən əvvəl işəgötürənlər bizə həftədə 48 saat söz vermişdilər.

Yaşayış, kommunal, milli sığorta, yemək xərclərini çıxandan sonra fermadan aldığım maaşdan demək olar, heç nə qalmadı. Mən bura işləyərək evə pul aparmaq üçün gəlmişəm”, – tacikistanlı əmək miqrantı deyir.

“Daha çox iş istəyirik, əlavə işləyib daha çox qazanmaq istəyirik. Burada olduğumuz altı ay ərzində evdə ailələrimiz üçün yetərincə pul qazanmaq və Britaniyaya gələndə borc aldığımız pulları qaytara bilmək istəyirik”, – İngiltərənin Kembridcşir qraflığındakı bir fermada çalışan 27 yaşlı özbək işçi deyir.

“Problemlə üzləşmək” istəmədiklərini deyən işçilər AzadlıqRadiosuna anonimlik şərtilə danışıblar.

İngiltərədə işləyən bir ortaasiyalı işçinin maaş çekindən avqust üzrə milli sığorta xərcləri çıxılandan sonra qalan həftəlik qazancı 380 dollardır. Bundan başqa, onun həftəlik maaşından daha 72 dollar ev kirayəsinə çıxılır; ferma ona maşın qoşqusunun (karavan) içində balaca bir otaq verir.

Britaniyanın müxtəlif yerlərində çalışan bir neçə başqa ortaasiyalı miqrant yola düşməzdən əvvəl onlara həftədə saatı 12,20 dollardan 48 saat iş vəd edildiyini deyirlər.

Ancaq gəlib çatandan sonra bəzi fermalar onlara daha az iş saatı və daha aşağı maaş nəzərdə tutan yeni kontraktlar verib. Mövsümi işçi vizasını mayda alan bir ortaasiyalı işçi saatına 11,40 dollar aldığını deyib. Bu isə Britaniyada minimal əməkhaqqı sayılır.

Britaniya bu yaxınlarda mövsümi işçilərin maaşlarını minimal səviyyədən ixtisaslı işçilərin maaşı səviyyəsinə qaldırıb. Hökumətin qaydalarına görə, vizalarını aprelin 6-dan sonra alan mövsümi işçilərə hər iş saatına görə azı 12,20 dollar (10,10 funt) ödənməlidir.

Britaniya şirkətləri üçün xaricdən işçi toplayan əsas şirkətlərdən biri “Fruitful Jobs” şirkəti və onun kontraktoru “AGRI-HR” Orta Asiyada işçilərə həftəlik 48 saat iş vəd edildiyini inkar edib.

Qırğızıstan, Tacikistan və Özbəkistandan milyonlarla miqrant işçi Rusiyada tikintilərdə, ferma və zavodlarda çalışır.

Britaniya fermalarında mövsümi iş minlərlə ortaasiyalının həvəslə qəbul etdiyi yeni imkan sayıla bilər.

İngiltərənin Milton şəhərciyində çalışan bir özbək işçi dil baryerinə baxmayaraq, Britaniyada daha çox pul qazandığını və özünü daha rahat hiss etdiyini deyir. Bu 25 yaşlı işçi bundan öncə beş il Rusiyada özəl tikinti şirkətlərində işləyib.

“Rusiyada mən orta hesabla ayda 500 dollar qazanırdım. Britaniyada isə ötən ay 1500 dollar qazanmışam. Rusiyada işəgötürənin sənin maaşını ödəyəcəyinə heç vaxt təminat yoxdur. Rusiyada qanunsuzluq var. Britaniyada isə qanun məni qoruyur”, – o deyir.

Tacikistandan başqa bir işçi isə Rusiyada heç vaxt özünü təhlükəsiz hiss etmədiyini, istər sahibkar, istərsə də hüquq-mühafizə işçiləri tərəfindən irqi ayrıseçkilik və təhqirə məruz qaldığını deyir.

Ancaq heç də bütün ortaasiyalılar Britaniyadakı iş və yaşayış şəraitindən razılıq etmir. Düşənbədən gələn 35 yaşlı işçi təzəlikcə Şotlandiyada çalışdığı fermanı tərk etməli olub. O, səbəb kimi Şərqi avropalı müdirlərin onunla pis rəftarını göstərib, Bolqarıstandan olan müdirlərin kobud davrandığını, işçiləri təhqir etdiyini deyib.

O, müdirlərdən birinin Orta Asiyadan olan qadın işçiyə “nalayiq toxunuşu” haqda danışıb. Qadın yalvararaq ona toxunmamasını desə də, həmin şəxs ona qarşı nalayiq davranırmış.

24 saat” “
Britaniyada saata 12 dollar qazanan miqrantlar
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button