2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Britaniyada “terror təhdidi” ən yüksək səviyyədə elan edilib

Mançester Arenada azı 22 nəfərin öldüyü hücumdan sonra Britaniya hökuməti yeni bir hücum riski səbəbiylə təhdid səviyyəsini ən yüksək səviyyəyə çıxarıb.

Baş nazir Theresa May, təhlükəsizlik tədbirləri çərçivəsində Böyük Britaniyada bəzi bölgələrə əsgər yerləşdiriləcəyini deyib.

Saytların yığılması Saytlarin yigilmasi

May, əsgərlərin əhəmiyyətli nöqtələrdə, konsertlər, idman tədbirləri kimi hücumlara hədəf olan təşkilatlarda təhlükəsizliyi təmin edəcəyini bildirib.

May, ölkədə terror təhdidinin ən yüksək səviyyə olan “kritik” səviyyəsinə yüksəldildiyini və bunun yeni hücumların olmasının mümkün olması mənasına gəldiyini deyib.

Baş Nazir ötən gün sədrlik etdiyi Cobra təhlükəsizlik komitəsi iclasından sonra verdiyi bəyanatda 23 may hücumunu bu günə qədər İngiltərənin şimalını hədəf alan “ən pis hücum” olduğunu ifadə edib.

Manchester partlayışı: İnsanlar hadisə yerini tərk edir
Polis manchester'da devriye geziyor.

Polis, hücuma görə şübhəlinin 22 yaşlı Salman Abedi olduğunu açıqlayıb.

BBC-nin əldə etdiyi məlumatlara əsasən, şübhəli Liviya əsilli bir ailədə Mançesterdə doğulub.

Hadisə ilə bağlı daha bir 23 yaşlı kişi saxlanılıb.

Hadisənin baş verdiyi əraziləri göstərən xəritəFotonun
Hadisənin baş verdiyi əraziləri göstərən xəritə

Bazar ertəsi günü Bakı vaxtilə saat 01:30-da baş vermiş hadisədə 59 nəfər də yaralanıb.

Əl istehsalı olan cihazın qızması nəticəsində baş verən partlayış ABŞ-dan olan pop müğənnisi Ariana Grande-nin konsertinin sonunda konsert zalının foyesində baş verib.

Hadisəyə görə məsuliyyəti özünü İslam Dövləti (İD) adlandıran qrup götürüb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button