2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Britaniyalı musiqiçi Baydeni tənqid etdi: “Niyə Zelenskini Rusiya ilə danışıqlara çağırmır?”

Yayımlandı: 8 Avqust 2022 13:49

“Bayden Ukrayna ətrafında yaranmış vəziyyəti daha da qızışdırır”

“Pink Floyd” rok qrupunun yaradıcılarından olan britaniyalı musiqiçi Rocer Uoters ABŞ Prezidenti Co Baydeni Ukrayna ilə bağlı siyasətinə görə tənqid edib.

Saytların yığılması Saytlarin yigilmasi

O, CNN telekanalına müsahibəsində Amerika liderinin hərəkətləri ilə bağlı fikirlərini açıqlayıb.

Uoters bildirib ki, Bayden Ukrayna ətrafında yaranmış vəziyyəti daha da qızışdırır.

O, Amerika Prezidentinin hərəkətlərini böyük cinayət adlandırıb.

“Niyə ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskini bu dəhşətli münaqişəyə son qoymaq üçün Rusiya ilə danışıqlara başlamağa çağırmır?”, -musiqiçi deyib.

Onun sözlərinə görə, rəsmi Moskva hərbi əməliyyatı NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsinə cavab olaraq atıb.

Halbuki alyans bunu etməyəcəyinə söz verib.

Rocer Uoters hər zaman çıxışları zamanı siyasi mövzulara toxunur.

Rusiyanın Ukraynada hücumu fevralın 24-dən başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button