Loading...
Loading...
Xəbərlər

Britaniyalı politoloq: “Yerevan Ermənistan-Türkiyə münasibətlərinin taleyini müəyyən etməlidir”

Yerevan, 9 oktyabr – Sputnik. Yerevan bu məsələdə digər ölkələrin təzyiqlərindən qaçmaq üçün Ermənistan-Türkiyə münasibətlərinin gələcəyi barədə qərar verməlidir, britaniyalı politoloq, Londonun ConciliationResources təşkilatında Qafqaz proqramının direktoru Lourens Broers Sputnik Armeniya”ya deyib.

Hazırda Cənubi Qafqazda Qərb və beynəlxalq təşkilatların nüfuzunun azaldığını nəzərə alaraq, regionda regional oyunçuların kəskin rəqabəti mövcuddur, Broers deyib.

“Biz görürük ki, RusiyaTürkiyə müxtəlif sahələrdə münasibətlər qura biliblər, onlarda rəqabət də, böyük səviyyədə praqmatizm də var. Türkiyə və İrana gəlincə, mən irançı deyiləm, amma mənə elə gəlir ki, Tehran İkinci Qarabağ Müharibəsinin nəticələrindən kənarda qalıb”, – Broers bildirib.

İranı qorxudan çox şey var. Bu, həm Azərbaycanla yeni sərhəddir, həm də İranın etnik azərbaycanlı əhalisi arasında mümkün irredentizm məsələsidir. Onun sözlərinə görə, İsrail-Azərbaycan münasibətləri barədə də spekulyasiyalar çoxdur.

“Mən silahlı toqquşmaların ola bilməsinə şübhə edirəm, lakin Bakı və Ankaranın Tehranla gərgin və qeyri – sabit münasibətləri İkinci Qarabağ Müharibəsinin nəticələrindən biridir”, –  Broers deyib.

“3+3” (Ermənistan, Azərbaycan, Gürcüstan, İran, Rusiya və Türkiyənin iştirakı ilə) təşəbbüsünə gəlincə, politoloq hesab edir ki, bu, sərhədlərin açılması və infrastruktur layihələrinin irəliləməsi üçün vacibdir. Moskva kommunikasiyaların açılması çərçivəsində Ermənistan-Türkiyə sərhədlərinin açılmasına ümid edir. Bu, Türkiyəni Avrasiya İqtisadi Birliyi ilə birləşdirməyə imkan verəcək. Bununla yanaşı, xarici təzyiqlərə baxmayaraq, Yerevan özü bu məsələyə nəzarət etməli, kurasiya etməlidir. O, bunu özü həll etməlidir ki, başqaları etməsin.

“Ermənistanın Türkiyə ilə münasibətlərinə dair  qərarlar burada, Yerevanda qəbul edilməlidir. Ola bilsin ki, normallaşma prosesinin bərpası üçün variantlar var”, – Broers deyib.

Böyük Britaniyanın Qarabağda müharibənin sponsorlarından biri olması və ya ondan hansısa fayda əldə etməsi barədə fikirlərə toxunan Broers diqqəti Birləşmiş Krallığın Ermənistanda o qədər də yaxşı olmayan nüfuzuna yönəldib. Bu, müxtəlif tarixi (Britaniya ordusu Azərbaycanda) və müasir amillərdən (BritishPetroleum-un Bakıdakı işi) irəli gəlib.

“Ancaq Böyük Britaniyanın müharibədə rolunu ciddi hesab etməyə əsas yoxdur. Onun hadisələrə təsir etmək imkanı yox idi, hərçənd ki, Britaniyanın bəzi firmaları Bakının nəzarətində olan ərazilərdə işləmək niyyətindədirlər”, – Broers deyib.

Amma bunlar dövlət maraqları yox, şəxsi maraqlardır. Britaniyanın özü əvvəllər olduğu kimi, indi də sülhməramlı layihələri dəstəkləyir.

Digər tərəfdən, Əliyevlər ailəsinin Böyük Britaniyada ofşorları haqda son araşdırma (“Pandora” dosyesi) ölkənin pis reputasiyası məsələsini bir daha qaldırdı. Britaniyanın maliyyə institutları, Britaniya əraziləri (Kayman, Virciniya adaları) başqa ölkələrdən olan oliqarxlar tərəfindən pulların yuyulmasına əlverişli imkan yaradır. Broersin sözlərinə görə, Böyük Britaniya bununla əlaqədar bir şey etməlidir.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

Bu planda ziddiyyət daha çox nəzərə çarpır – bir tərəfdən Britaniya demokratik, liberal dəyərləri dəstəkləyir, digər tərəfdən isə qeyri – demokratik rejimlərə imkan yaradır. Ölkədə bu problemi daha çox dərk edirlər.

Xatırladaq ki, Ermənistanın hazırkı hakimiyyəti dəfələrlə bəyan edib ki, regionda sülhün bərqərarı üzrə gündəliyi qəbul edib və bu kontekstdə qonşularla, o cümlədən Türkiyə ilə münasibətlərin normallaşmasına hazırdır. Buna cavab olaraq rəsmi Ankara bildirib ki, Yerevandan “müsbət siqnallar” gəlir. Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan isə deyib ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili görüşlə bağlı Paşinyanın təklifini ona çatdırıb. Lakin Ərdoğan işarə edib ki, Ankara Bakının maraqlarını nəzərə alacaq.

 

Turan

“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button