2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Britaniyanın yeni baş naziri bu qadın da olar

Britaniyanın daxili işlər naziri Tereza Mey krallığın baş naziri postuna namizədliyini irəli sürüb.

Bu haqda “Times” qəzeti məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Mühafizəkarlar Partiyasının lideri və Britaniyanın baş naziri olmaq uğrunda mübarizəyə başlayıram”, – deyə, 59 yaşlı siyasətçi bildirib. T.Mey üç səbəbdən namizədliyini irəli sürdüyünü vurğulayıb: “Referendumdan sonra ölkəmizin etibarlı və güclü rəhbərliyə ehtiyacı var, partiya və dövlətimizi birləşdirəcək rəhbərliyin olması vacibdir, ölkəmizin gələcəyinə cəsur, müsbət və yeni yanaşmalar lazımdır”.

Qeyd edək ki, iyunun 23-də Britaniyanın Avropa İttifaqında qalıb-qalmaması məsələsi ilə bağlı referendum keçirilib. Həmin referendumda seçicilərin 51,8 faizi ittifaqdan çıxmağın, 48,2 faizi isə qalmağın lehinə səs verib. Bu siyasi kampaniyanın nəticəsi elan olunduqdan sonra hazırkı baş nazir Devid Kemeron üç ay ərzində özünün və hökumətinin istefa verəcəyini bildirmişdi. Qeyd edək ki, krallıqda baş nazirin sentyabrın 2-də seçilməsi nəzərdə tutulub.(“Report”)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button