2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Britanya “G-7″dən Rusiyaya qarşı yeni sanksiyalar tələb edir

Böyük Britaniya, “G-7″dən Suriya məsələsində tutduğu mövqeyə görə Rusiyaya qarşı yeni sanksiyaların qəbul edilməsinə nail olmaq niyyətindədir. “The Times”in məlumatına görə, Britaniya XİN-nin rəhbəri Boris Conson “G-7″dən Moskvaya qarşı məhdudiyyətlərin tətbiqiylə bağlı birgə bəyanatın verilməsini tələb edəcək.

Britaniya XİN rəhbəri hesab edir ki, Qərbin, xüsusilə ABŞ-ın  kimyəvi silah işlətməkdə ittiham etdiyi Əsəd rejimini Kreml aktiv şəkildə dəstəkləyir. Britaniyanın təklif etdiyi bəyanat formasında Rusiyadan Suriya ilə əlaqələri, xüsusilə hərbi sahədə əməkdaşlığı dayandırmaq tələb olunacaq. Rusiya bu tələbdən imtina edəcəyi təqdirdə ona qarşı yeni sanksiyalar irəli sürüləcək. Yeni sanksiyalar rus məmurların həyatlarını “dözülməz” etməyə hesablanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Xəyal

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button