Loading...
Loading...
SEÇMƏ

Brüssel görüşü: “Qərb münaqişənin tam həllində maraqlıdır, Rusiya isə yox”

“Azərbaycanla Ermənistanın da mövqeyi Qərbin mövqeyinə yaxındır”

“Yaxın günlərdə Ermənistan-Azərbaycan sərhədində hər iki dövlətin sərhəd komissiyalarının birinci iclası keçiriləcək. Tərəflər sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunacaqlar”.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında deyib.

Şarl Mişel müzakirələrin səmimi və məhsuldar keçdiyini vurğulayıb.

O əlavə edib ki, müzakirələr zamanı bütün məsələləri nəzərdən keçiriblər:

“Bizim humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi və saxlanılanların azad edilməsi ilə bağlı ətraflı müzakirəmiz oldu. İtkin düşmüş insanların taleyinə də toxunduq”.

Diplomatın sözlərinə görə, kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəliblər.

“Onlar Azərbaycanın qərb hissəsi ilə NaxçıvanAzərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər. Xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılıq oldu. Yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər”, – deyə Avropa İttifaqı Şurasının Prezidenti bildirib.

Sülh sazişinə gəlincə, Şarl Mişel deyib ki, liderlər Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər:

“Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcək. Bunun davamı olaraq, mən hər iki liderə müraciətlə vurğuladım ki, zənnimcə, Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibdir”.

O, Avropa İttifaqının tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcəyini söyləyib:

“Həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini də vurğuladım və Avropa İttifaqı öz dəstəyini gücləndirməyə hazırdır”.

Şarl Mişel iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəklərini də deyib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin tərəflərlə bu formatda üçüncü görüşü idi.

Bundan əvvəlki görüş aprelin 6-da olmuşdu.

Deputat Elman Nəsirov tərəflərin 5 saat müzakirə apardığını deyib.

O bildirib ki, yekun açıqlamada Dağlıq Qarabağ ifadəsi işlədilməyib:

“Ancaq Qarabağ ifadəsi işlədilib. Eyni zamanda, sərhədlə bağlı komissiyalar yaxın zamanlarda görüşüb delimitasiya barədə müzakirələri planlaşdırırlar. Həmçinin iki ölkə arasında nəqliyyat-kommunikasiya istiqamətində Zəngəzur dəhlizinin işə salınması ilə əlaqədar prosesin davamı razılaşdırılıb. Görüşdə Azərbaycan Prezidenti humanitar məsələlər fonunda ərazilərin minalardan təmizlənməsini də vurğulayıb. Bu da dəqiq xəritələrin verilməsi ilə bağlı olub. 25 faiz dəqiqlikdə olan xəritələr təbii ki, vəziyyəti mürəkkəbləşdirir. Azərbaycan dövlət başçısı Birinci Qarabağ savaşında 4 minə yaxın azərbaycanlının itkin düşməsini də xatırladıb”.

Şarl Mişelin “Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibdir” açıqlamasına gəlincə, E.Nəsirov deyir ki, Ermənistan siyasi rəhbərliyi əvvəllər danışıqlar prosesində Dağlıq Qarabağ ifadəsini tez-tez işlədir və bölgənin müstəqilliyini gündəmə gətirirdi:

Gözdən qaçırmayın:  Azərbaycanda bazar günü 4 nəfər koronavirusa yoluxub, 7 nəfər sağalıb

Şarl Mişelin “Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibdir” açıqlamasına gəlincə, E.Nəsirov deyir ki, Ermənistan siyasi rəhbərliyi əvvəllər danışıqlar prosesində Dağlıq Qarabağ ifadəsini tez-tez işlədir və bölgənin müstəqilliyini gündəmə gətirirdi:

“Onlar bunu xalqların öz müəqəddaratını təyinetmə hüququna söykənərək ortaya atırdılar və paralel olaraq ATƏT-nin Minsk Qrupunu önə çəkirdilər. İndi isə tamamilə başqa mənzərənin şahidi oluruq. Şarl Mişelin bəyanatında da Dağlıq Qarabağdakı erməni əhalinin müstəqilliyi barədə heç deyilmir. Əksinə, Azərbaycanın tərkib hissəsi olan Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi, hüquqları və azadlığı ortaya qoyulur”.

Elman Nəsirov deyib ki, revanşistlərin təzyiqinə baxmayaraq Ermənistan bu məsələlərdə mövqeyini tamamilə dəyişib:

“Azərbaycandan kənarda yox, daxilində olan erməni əhalisinin təhlükəsizliyindən gedir söhbət. Prezident Əliyevin bu məsələdə prinsipial mövqeyi ondan ibarətdir ki, Azərbaycan çoxmillətli dövlətdir, bütün millətlər bərabər hüquqlara malikdir, erməni əhalisi də bizimlə eyni hüquqlara malik olacaq. Dövlətimiz də buna qarantdır, burda başqa yanaşmadan söhbət gedə bilməz, həm də biz multikultural dövlətik”.

Politoloq Şahin Cəfərli də Şarl Mişelin bəyanatının məlum hissəsində söhbətin inzibati statusdan getmədiyi qənaətindədir:

“Gələcəkdə problemin həllinə son qoyacaq sülh müqaviləsinin əsas müddəalarından biri Qarabağın erməni əhalisinin gələcəyi məsələsi olmalıdır. Yəni onların təhlükəsizliyi və normal yaşaması təmin edilməlidir. Şarl Mişelin də bəyanatında bu məqam nəzərdə tutulur”.

Şahin Cəfərli deyir ki, Avropa Birliyi və Qərb Azərbaycanı Qarabağ ermənilərinə inzibati status verməyə məcbur edir:

“Sadəcə, təhlükəsizlik və yerli ermənilərin Azərbaycanın digər ərazilərinə reinteqrasiya məsələləri müzakirə olunmalıdır. Yəqin ki, bunlar sülh müqaviləsinin hazırlanması prosesində diqqətə alınacaq. Azərbaycan rəhbərliyi də dəfələrlə bildirib ki, Qarabağ ermənilərinin hüquqlarını Azərbaycan Konstitusiyası və qanunları çərçivəsində təmin etməyə hazırdır. Təbii ki, prosesin gedişində əlavə detallar da çıxa bilər. Konkret hansı hüquqlar verilir, məsələn, Azərbaycan mədəni muxtariyyət verməyə hazır olduğunu açıqlayıb. Bunun reallaşdırılması yolları necə olacaq, güman ki, bunlar müzakirə ediləcək”.

Ş.Cəfərlinin sözlərinə görə, dünənki görüşün formatı artıq ənənə halını alır:
“Çünki tərəflər iyul və avqustda da görüşəcəklərini razılaşdırıblar. Burda önəmli məqam odur ki, Bakı və Yerevan Qərbin prosesə müdaxiləsini qəbul edirlər və dəstəkləyirlər. Yəni hər iki tərəf sülh prosesini yalnız Rusiyanın dominantlığı altında getməsini istəmir”. Şahin Cəfərli deyir ki, əslində, prosos həm Rusiyanın, həm də Avropa Birliyinin vasitəçiliyi ilə paralel gedir. Əsasən hər iki tərəf eyni məsələləri qoyur, amma prinsipial fərq ondan ibarətdir ki, Qərb problemin tamamilə həllində maraqlıdır. Rusiya isə Azərbaycanla Ermənistanın sülh prosesini Qarabağla bağlı məsələdən ayırıb.

“Moskva deyir ki, Qarabağın statusuna gələcəkdə baxarıq. Yəni Rusiya konfliktdə qəti şəkildə nöqtə qoyulmasında maraqlı deyil, bir növ təxirə salınmasını istəyir. Amma Qərb isə əksinə, problemin qəti həllində maraqlıdır. Belə görünür ki, Bakı və Yerevan da Qərbin mövqeyinə daha yaxındırlar”, – Şahin Cəfərli deyib. Mütəxəssisin fikrincə, onsuz da Azərbaycanın mövqeyi bəlliydi, müharibədən sonra bəyanat verildi ki, sülh müqaviləsinin imzalanmasında maraqlıyıq:

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button