2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Brüsseldə qaz müzakirələri. Ukrayna elektrik təchizatını məhdudlaşdırır

Təchizat yerli vaxtla səhər 7-dən gecə 11-dək məhdudlaşdırılır

Saytların yığılması Saytlarin yigilmasi

Oktyabrın 20-də Avropa İttifaqı (Aİ) liderləri Brüsseldə son iki həftədə ikinci dəfə bir araya gələcək, enerji qiymətlərini salmağı müzakirə edəcək.

Ancaq blokun 27 üzvü arasında bu məsələylə bağlı fikir ayrılığı var.

15 ölkə, o cümlədən Fransa və Polşa qazın qiymətinə məhdudiyyət qoymağın tərəfdarıdır. Almaniya və Niderland – uyğun olaraq Avropanın ən böyük iqtisadiyyatı və qaz alıcısı isə buna qarşı çıxır.

Almaniyanın kansleri Olaf Şolts oktyabrın 20-də Berlində deputatlar qarşısında çıxışında deyib ki, qiymət həddi “risklidir, çünki istehsalçılar qazı başqa yerə satacaqlar, biz avropalılar isə daha az qazla kifayətlənməli olacağıq”.

Aİ sammitində Ukraynaya Rusiyanın raket və dron zərbələrinin fəsadlarını ardan qaldırmasına dəstək də müzakirə olunacaq.

Ukrayna artıq bu gündən elektrik istehlakını məhdudlaşdırmağa başlayıb. Bu, Rusiya fevralın sonunda işğala başlayandan ilk dəfə baş verir. Son günlər Rusiyanın davamlı hava zərbələri elektrik infrastrukturuna ciddi ziyan vurub.

Təchizat yerli vaxtla səhər 7-dən gecə 11-dək məhdudlaşdırılır. “Ukrenergo” şirkəti ukraynalarını təchizatda kəsilmədən öncə mobil telefonları, enerji bloklarını, fənər və batareyaları doldurmağa çağırıb. Qurum xəbərdarlıq edib ki, əhali elektrikdən istifadəni azaltmasa, elektrik verilişində müvəqqəti fasilələr ola bilər.

Rusiya son hücumu Dnepropetrovsk vilayətində enerji obyektinə endirib. Daha öncə isə Ukraynanın qərbində Burştin şəhərində kömürlə işləyən elektrik stansiyası raketlə vurulub.

Burştin elektrik stansiyası üç qərb regionunu və 5 milyon istehlakçını elektriklə təmin edir.

Rəsmilər ölkədə enerji infrastrukturunun 40 faizinə ciddi ziyan dəydiyini bildirir.

24 saat” “
Brüsseldə qaz müzakirələri. Ukrayna elektrik təchizatını məhdudlaşdırır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button