Now Reading:
BŞİH Milli Şuranın 23 fevral mitinqinə icazə vermədi

BŞİH Milli Şuranın 23 fevral mitinqinə icazə vermədi

Əli Kərimli: “Yenə qorxdular”

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının fevralın 23-nə təyin etdiyi mitinqinə icazə verməyib. Az24saat.org xəbər verir ki, bu barədə Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli Facebook profilindıə məlumat paylaşıb: “23 fevral mitinqinə razılıq vermədilər. 19 yanvar mitinqindən 1 ay keçsə də, bunların qorxuları keçməyib. Monitorinq etdilər və əmin oldular ki, 23 fevral mitinqi 19 yanvar mitinqindən də kütləvi olacaq. Nə təşkilatçıların həbsi, nə mitinq iştirakçılarına edilən 20 mindən artıq polis zəngi, nə də yaradılan digər maneələr xalqımızı durdura biləcək. Ona görə də məcbur olub, qorxduqlarını etiraf etdilər. Ancaq nə qədər belə davam edə bilər? Azərbaycan xalqı sərbəst toplaşmaq haqqından bunların xatirinə əbədi imtina edəsi deyil ki. Sabah Milli Şura və AXCP rəhbərliyi yaranmış vəziyyəti və sonrakı addımlarımızı müzakirə etmək üçün təcili toplanacaq”.

Demokratik Qüvvələrin Milli Şurası fevralın 16-da mitinq keçirmək haqqında qərar qəbul edib. Aksiyanın keçirilməsi fevralın 23-nə planlaşdırılmışdı.

Milli Şuranın sədri Cəmil Həsənlinin sözlərinə görə, mitinqin əsas tələbləri siyasi məhbusların azad edilməsi, xalqdan oğurlanmış pulların xalqa qaytarılması, milləti bankların maliyyə əsarətinə salmış problemli kreditlərin dövlət tərəfindən ödənilməsi, yəni soyğunçu bank borclarının ləğv edilməsi, uşaq pullarının verilməsi və sair demokratik çağırışlardan ibarətdir.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin
Input your search keywords and press Enter.