2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

BTC üzrə əməliyyat xərcləri kəskin artıb

Bu ilin I yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri üzrə əməliyyat xərclərinə təqribən 69 mln. ABŞ dollarından artıq sərf edilib ki, bu da illik müqayisədə 43,8% çoxdur.

BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2021-ci ilin I yarısının yekunlarına dair dərc etdiyi hesabata görə, əsaslı xərclərə isə təqribən 12 mln. dollardan artıq sərf edilib (14,3% azalma).

Hesabata əsasən, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2021-ci ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 488 mln. tondan artıq (3,66 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 4 796 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Cari ilin I yarısında BTC vasitəsilə 13 mln. tondan artıq (-13,3%) xam neft və kondensat ixrac olunub və Ceyhanda 137 tankerə yüklənib (-5,5%).

Saytların yığılması Saytlarin yigilmasi

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Qeyd edək ki, ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılıb və bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.

Xatırladaq ki, “BTC Co.”nun səhmdarları sırasına isə BP (30,1%), AzBTC (25%), MOL (8,9%), “Equinor” (8,71%), TPAO (6,53%), “Eni” (5%), “Total” (5%), ITOCHU (3,4%), INPEX (2,5%), “ExxonMobil” (2,5%) və “ONGC (BTC) Limited” (2,36%) şirkətləri yer alıb. 

APA

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button