2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bu 5 məhsul baş ağrılarına səbəb olur

Statistika göstərir ki, dünyada yaşayan insanların 30%-i tez-tez təkrarlanan baş ağrılarından əziyyət çəkir. Maraqlıdır ki, bəzi məhsullar baş ağrılarına səbəb ola bilər.

24saat.org saglamolun.az-a istinadən bildirir ki, miqren və xroniki baş ağrılarından əziyyət çəkən insanlar bu məhsullardan mümkün qədər çəkinməlidir.

Bu məhsullar arasında:

Saytların yığılması Saytlarin yigilmasi

Pendir

Pendirin tərkibində “tiramin” adlı maddə var. Orqanizmə çoxlu miqdarda daxil olduqda bu maddə baş ağrılarına səbəb ola bilər.

Kolbasa və sosis

Bu məhsulların hazırlanması zamanı nitrat, nitritlər və s. konservantlar istifadə olunur. Bu maddələr damarların sıxılmasına səbəb olur. Damarların sıxılması isə baş ağrılarına gətirib çıxardır.

Dondurma

Ən sevdiyimiz desertlərdən biri olan dondurma da baş ağrılarına təkan verə bilər. Soyuq dondurmanın tez-tez yeyilməsi damarların kəskin sıxılmasına səbəb olur. Bu isə ani baş ağrılarına gətirib çıxardır.

Şokolad

Tünd şokolad kofein maddəsi ilə xüsusilə zəngindir. Çoxlu miqdarda tünd şokolad yedikdən sonra insanda baş ağrısı yarana bilər.

Banan

Banan və xüsusilə də bananın qabığı “tiramin” maddəsi ilə zəngindir. Bu maddə baş ağrılarının inkişafına təkan verir. Banan yedikdə onu çox diqqətlə təmizləyin ki, qabığın işərisində olan liflər bananın üzərində qalmasın.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button