2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bu addım hər hansı hakimiyyət əxlaqına sığmır”

AXCP-dən etiraz bəyanatı: «Hakimiyyət Qənimət Zahidi susdura bilmədiyini gördükdə ondan qisas almaq qərarına gəlib»

“Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” televiziya proqramının müəllifi Qənimət Zahidin tənqidçi fəaliyyətinə görə şərlənən qohumlarının uzunmüddətli həbs cəzasına məhkum edilməsilə əlaqədar AXCP etiraz bəyanatı yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bəyanatda bildirilir ki, Qənimət Zahidin ictimai-siyasi fəaliyyətdən uzaq, zəhmətkeş insanlar olan qohumları – qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun uydurma narkotik ittihamı ilə həbsi bilavasitə jurnalistdən tənqidçi fəaliyyətinə görə qisas almaq cəhdidir. Azərbaycanın fəal ictimaiyyəti və beynəlxalq aləm də onların həbsini məhz belə qiymətləndirib. Beynəlxalq Amnistiya (Amnesty International) təşkilatının Rüfət və Rövşən Zahidovları “vicdan məhbusu” elan etməsi də bu mənada təsadüfi deyil.

“Qənimət Zahid öz fəaliyyəti ilə daim avtoritar Əliyev rejiminin hədəfində olub. Onun özü uzun müddət saxta ittihamla həbsdə saxlanılıb, mənəvi terrora məruz qalıb, ailəsi ilə təhdid olunub və nəhayət, mühacirətə getməyə məcbur olub. Bununla belə, o, hakimiyyətin qanunsuzluqlarını ifşa etməkdən geri çəkilməyib, əksinə, mühacirətdə ”Azərbaycan saatı” kimi populyar bir telelayihə başladaraq bu işi daha təsirli şəkildə davam etdirib. Azərbaycan hakimiyyəti onun rəhbərlik etdiyi “Azərbaycan saatı” proqramını, eləcə də “Azadlıq” qəzetini bağlamaq üçün indiyə qədər də əlindən gələni etməyə çalışır, amma Qənimət Zahidin fərdi və “Azadlıq” qəzetinin kollektiv olaraq fədakarlığı sayəsində bu istəyinə çatmır. Hakimiyyət Qənimət Zahidi heç cür susdura bilmədiyini gördükdə ondan qisas almaq qərarına gəlib və buna görə də qohumları Rüfətlə Rövşəni şərləyərək həbs edib”, – deyə bəyanatda bildirilir.

Həmçinin qeyd olunur ki, bu sifarişli məhkəmə hökmü Əliyevlər rejiminin siyasi rəqiblərindən intiqam almaq üçün onların ailə üzvləri və ya qohumlarını girov götürmək kimi idbar praktikasının davamıdır: “Hakimiyyət buna qədər AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovu və partiyanın mətbuat xidmətinin rəhbəri, tanınmış jurnalist Natiq Ədilovun qardaşı Murad Ədilovu da məhz onlardan qisas almaq üçün şərləyərək uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edib”.

AXCP Rüfət və Rövşən Zahidovlar barəsində məhkəmə hökmünü birmənalı olaraq siyasi sifarişin nəticəsi sayır və onların təcili şəkildə azad olunmasını tələb edir.

AXCP bəyan edir ki, tənqidçilərini susdurmaq niyyətilə onların xüsusən də bu müarizədə iştirak etməyən qohumlarını şərləyərək həbs etmək hər hansı hakimiyyət əxlaqına sığmır və bunu sifariş edənlərə yalnız lənət qazandıra bilər.

AXCP inanır ki, Qənimət Zahidin peşəsinə, əqidəsinə və azad sözün müqəddəsliyinə sadiq mətin bir insan kimi qohumları barəsində verilən qanunsuz hökmdən sarsılmayacaq və fəaliyyətini əvvəlki prinsipiallıqla davam etdirəcək.

AXCP Qənimət Zahidi və onun artıq “Vicdan məhbusu” elan edilmiş qohumlarını qnunun yol verdiyi bütün vasitələrlə sonadək müdafiə edəcəyini bildirir və Azərbaycanın mütərəqqi ictimaiyyətini fəal şəkildə bu müdafiə işinə qoşulmağa çağırır.

AXCP bir daha hakimiyyətdən söhvini düzəldərək, Rüfət və Rövşən Zahidovlar barəsində verilmiş qanunsuz hökmü ləğv etməyi tələb edir. Partiya yerli və beynəlxalq ictimaiyyəti də bu qanunsuzluğun aradan qaldırılması məqsədilə Azərbaycan hakimiyyətinə davamlı təzyiq göstərməyə çağırır.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button