2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

“Bu ailə küçələrdə qalıb” – FOTOLAR

“Əslən Lerik rayonunun Veri kəndindən olan və hazırda rayonunun Cəngəmiran kəndində yaşayan Mirzəyev Əsmər Balaşirin oğlu qışın soyuğunda çöldə qalıb”.

Bunu feysbukda lerikli gənc fəal Azər Kazımov yazıb.

O, hər kəsdən bu ailəyə dəstək göstərməyi xahiş edib: “Deməli, Cəngəmiran kəndində Əsmər Mirzəyev Ş.Qafarovanın evində müvəqqəti qalırdı. Ş.Qafarova evini satmaq istədiyindən məcburi bu ailə çöldə qalıb. Əsmər Mirzəyev heç bir yerdə işləmir, iki banka kredit borcu var və əlavə olaraq kirayə ev tutmağa pulu da yoxdur. Əsmər Mirzəyev vəziyətilə bağlı Lerik Rayon Icra Hakimiyyətinə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib. Hər iki müraciətə cavab olaraq, Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu bizim səlahiyyətimizdə deyil”.

Saytların yığılması Saytlarin yigilmasi

“Ölkənin bütün vicdanlı, mübariz insanlarından, hörmətli partiya rəhbərlərindən, dəyərli mətbuat nümayəndələrindən xahiş edirəm ki, bu aiələyə köməyliyinizi göstərəsiniz. Bu məsələni ancaq ictimailəşdirməklə köməklik edə bilərik”, – deyə Kazımov qeyd edib.

Arqument.Az

3

2

4

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button