2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bu bahalıq onun işidir…. – 24 saat

Azərbaycanda ərzaq və gündəlik tələbat mallarının qiyməti yenidən bahalaşır. Qiymət artımı daha çox idxal məhsullarında, xüsusən, Ukrayna, Rusiya və Türkiyədən gətirilən mallarda özünü göstərir. Mağazalarda apardığımız müşahidələrə görə, əksər yağ və süd məhsulları, taxıl, qarabaşaq, mərci və s. paxlalı bitkilər, şəkər, spirtli içkilər və məişətdə istifadə edilən yuyucu vasitələr 10-30 faiz həddində bahalaşıb. Kənd təsərrüfatı mallarının qiymətindəki dəyişiklik isə daha yüksək faizlə ölçülür. Kartof, soğan, pomidor, xiyar və bu qəbildən başqa məhsulların qiyməti orta statistik alıcının cibinə uyğun deyil. Bu həftə hökumətin iclasında Prezident, Baş nazir və nazirlər də qiymət artımını müzakirə etmişdilər. Dövlət başçısı İlham Əliyev deyib ki, bu il inflyasiya səviyyəsi 18 faiz təşkil edib. O, əlavə edib ki, ötən il vətəndaşların gəlirləri də 20 faiz artıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, mart ayında dünya ərzaq qiymətləri birdən-birə 12.6% artaraq, 1990-cı ildən bəri ən yüksək səviyyəyə çatıb. Xüsusilə, şəkər və süd məhsullarının qiymətində xeyli artım qeydə alınıb.

Mart ayı ərzində bitki yağları 23.2% bahalaşıb. FAO izah edir ki, Qara dəniz regionundakı vəziyyətlə əlaqədar günəbaxan yağının tədarükü azalıb. Nəticədə, palma, soya və raps yağlarına tələb artıb. Taxın 17.1% bahalaşıb ki, bu da 1990-cı ildən bəri maksimum göstəricidir. Qiymətlər ən çox buğda (19.7%) və yem taxıllarında (20.4%) artıb. Bu, Ukrayna və Rusiyadan tədarükün kəsilməsi ilə əlaqəli olub.

Saytların yığılması Saytlarin yigilmasi

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) isə 2000-ci illərin ikinci yarısında yüksək inflyasiya səbəbindən baş verən ərzaq iğtişaşlarının təkrarlanmasını mümkün hesab edir. ÜTT-nin rəhbəri Nqozi Okonjo-İveala bildirib ki, Ukraynadakı münaqişə və sonrakı anti-Rusiya sanksiyaları fonunda dünyanın ən kasıb ölkələrində xalq iğtişaşları real görünür.

Dünya Bankı isə bəyan edib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi əksər məhsullar üzrə ciddi bahalaşma yaradıb. Yanvar ayı ilə müqayisədə mart ayında kömür və neft orta hesabla 25-30%, təbii qaz Avropada 53%, maye qaz Yaponiyada 22%, buğda 30%, gübrələr orta hesabla 35-40%, metallardan nikel 50%, alüminium 17% bahalaşıb.

Azərbaycan neft-qaz ixracatçısı olduğuna görə valyuta gəlirləri proqnozları bir neçə dəfə üstələyir. Amma ölkənin ərzaq və əsas istehlak mallarını xaricdən alındığına görə idxal inflyasiyası azgəlirli, zəif sosial müdafiəyə malik vətəndaşların vəziyyətini ağırlaşdırır. Çünki Azərbaycanda bu təbəqədən olan insanların əksəriyyəti dövlət qayğısından kənarda qalıb. Bunu pensiya, müavinət və ünvanlı yardım alan insanların sayı da göstərir. Belə olan halda, xaricdən idxal olunan inflyasiyanın zərərlərini necə kompensasiya etmək günün əsas suallarından birinə çevrilir. 

ABŞ-ın Şimali Dakota Universitetinin azərbaycanlı professoru, maliyyəçi Fariz Hüseynli bildirir ki, Azərbaycanda qlobal səbəblərdən yaranan inflyasiyaya qarşı mübarizə aparmaq çox çətindir. “Çünki əksər hallarda biz qlobal qiymətlərə təsir edə bilmərik. Amma bu artan qiymətlər bizə əlavə neft gəlirləri verir deyə təsirini azalda bilərik, – ekspert qeyd edib. Maliyyəçi daha sonra səbəbləri sadalayir: 

“Birincisi, Mərkəzi Bank valyuta hədəfləməsi edir, bunu edəndə həm də müstəqil inflyasiya hədəfləməsi etmək olmaz. Valyuta dollara bağlıdırsa, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) anti-inflyasiya tədbirlərindən asılıyıq. Onlar dolları gücləndirdikcə Azərbaycan üçün də anti-inflyasiya təsiri olacaq.

İkincisi, tutaq ki, çoxlu taxıl əkdik. Nə qədər ərazimiz var ki, taxılın dünya qiymətinə təsir edək? Deyək ki, tezliklə əkin-biçin oldu, amma niyə fermer onu ucuz qiymətə satsın ki? Dövlət gərək taxılı subsidiya ilə alsın və xərci özünə yükləsin, bu da büdcə yüküdür. Deməli, yük kimdənsə çıxmalıdır – kasıbdan və iqtisadiyyatdan vergi kimi çıxsa, yenə eyni nəticə olacaq”.

F.Hüseynlinin sözlərinə görə, qiymətlərin ancaq nəqliyyat, vergi və ölkə daxili səbəblərdən yaranan hissəsini azaltmaq olar. “Bu zaman sahibkarı qorxutmaq yox, əksinə, problemlərini həll etmək lazımdır. O problemləri ki, qiymətlərə artırıcı təsir edir. İnzibatçı fikirləri kənara qoyub iqtisadiyyatı artırıcı, yüngülləşdirici fikirləri əsas götürmək lazımdır. Yoxsa, inflyasiyadan istifadə edib başqa problemləri inzibati yolla həll etməyə çalışmağın nəticəsi daha yuxarı qiymətlər olacaq”, – maliyyəçi vurğulayıb. 

Professor əlavə edir ki, vergiləri, əsasən də istehlaka təsir edən vergiləri müəyyən qədər azaltmaq olar: “Hansılar ki, azgəlirli təbəqəyə daha çox təsir edir. Çünki onlar gəlirlərinin daha böyük hissəsini istehlaka xərcləyirlər və artan qiymətlər onlara daha böyük təsir edir. Sahibkarların xərclərində deyək ki, logistika problemlərini, daxili qiymət sövdələşməsindəki monopoliyaya qarşı imkanlarını artırmaq, vergiləri, kəsintiləri azaltmaq ya təxirə salmaq olar”.

Fariz Hüseynlinin yanaşması belədir ki, qiyməti azalda bilmirsənsə, onda birbaşa yardımlarla əhalinin gəlirlərini artırmalısan. Daha aqreqat statistikaya baxmağa ehtiyac yoxdur. Məsələn, ümumi gəlirlərin 20 faiz artdığı deyilir. 

“Birincisi, ortalama yox, median əməkhaqqına baxmaq lazımdır. Ortalama rəqəm böyük artımlara həssasdır. 

İkincisi, artımların mənbəyini bilmək lazımdır. Gəlirlər necə arta bilər – maaşla, pensiya, müavinət, birbaşa yardım, kirayə, faiz, yoxsa, başqa gəlirlərlə. İndi əhalinin az gəlirli təbəqəsində gəlirlər necə artıb? Nəyin hesabına? Yük kimin üzərinə düşüb? Deməli, bunların içində özəl sektora vurulacaq ziyanı azaldan variantlarını seçib, artıma getmək lazımdır”.

Ekspert sonda vurğulayıb ki, detalları kənara qoysaq, bahalaşmaya ən böyük və əhəmiyyətli təsir edən FED və onun faiz siyasətidir. “Çünki biz valyutası peg olmuş siyasəti prioritet seçmişik”, – Fariz Hüseynli vurğulayıb.

Turqut

24 saat” “Bu bahalıq onun işidir…. – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button