2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Bu banklar təcili işçi axtarır – VAKANSİYA elanları

Məlum olduğu kimi, COVİD-19 pandemiyasının zəruri etdiyi karantin rejimindən sonra bir çox Azərbaycan vətəndaşı işini itirib.

“24 saat” olaraq yaranmış vəziyyəti nəzərə alaraq gündəlik olaraq iş yerləri elanlarını (vakansiya) sizlərə təqdim edirik:

Vakansiyalar:

Saytların yığılması Saytlarin yigilmasi

Banklar

Əziz oxucular!

Təqdim etdiyimiz vakansiyaların hər biri ilə tanış olmaq üçün sağa və sola işarələrindən (Şəkil1 və Şəkil2 ) istifadə edin.

Şəkil 1
Şəkil 2

BEYNƏLXALQ BANK

Müştəri Xidmətləri üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

Azərbaycan Beynəlxalq Bankı Gədəbəy şöbəsinə Müştəri Xidmətləri üzrə Mütəxəssis (Hüquqi və fiziki şəxslər üzrə əməliyyatçı) vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

  • Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
  • Hüquqi və fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlar həyata keçirmək;
  • Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq, icrasını təşkil etmək;
  • Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək;
  • Müştərilərə POS-terminal vasitəsilə nağd pulun verilməsi üzrə xidmət göstərmək, iş gününün sonunda zəruri müxabirləşmələr aparmaq;
  • Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək;
  • Bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət etmək, Bankın korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirmək;
  • Müştəri məmnuniyyətinin əldə olunmasına çalışmaq, daha yaxşı xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq.

Tələb olunan səriştələr:

  • Müştərilərlə nəzakətli ünsiyyət;
  • Müştərilərə vaxtında, düzgün və keyfiyyətli xidmətin göstərilməsi;
  • Müştəri ehtiyacının dəqiq analizi və çarpaz satışların həyata keçirilməsi.
loading…

Bizim üçün ideal namizəd:

  • Ali iqtisadi təhsilli;
  • Ofis proqramlarında sərbəst iş bacarığı olan;
  • Ünsiyyət qurma bacarığı, işə məsuliyyətli yanaşan şəxsdir;

Qeyd: Gədəbəy  və ya qonşu rayonlarda yaşayan namizədlərə üstünlük verilir

Bu iş sizə nələri qazandıracaq:

  • Bankın əməliyyat sahəsini dərindən öyrənmə imkanları;
  • Satış sahəsində təcrübəli şəxslərdən texniki biliklərin qazanılması;
  • Bank kredit və qeyri kredit məhsulları haqqında öyrənmə imkanları.

Axtardığımız ideal namizəd sizsinizsə öz CV-nizi 24 may 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əməliyyatçı/Gədəbəy” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

XƏZİNƏDAR

Vakansiya haqqında məlumat: 

Azərbaycan Beynəlxalq Bankı  Bakı şəhərində yerləşən filiallarına Xəzinədar (Kassir) vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 Görəcəyiniz işlər:

  • Filial müdiri və baş mühasibin iştirakı ilə  mövcud qanunvericiliyə uyğun  xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi;
  • Gün ərzində xəzinə üzrə mədaxil məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı Azərbaycan Respublikası MB-nin qüvvədə olan normativ aktlarına və bankın daxili qayda və prosedurlarına riayət edilməsi;
  • Xəzinə mədaxil  və məxaric sənədlərini icra etməzdən əvvəl  onun tam doldurulması  və əməliyyata sərəncam verən , o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
  • Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;
  • Əməliyyat gününün sonunda xəzinədəki nəğd pul vəsaitlərinin və digər dəyərlilərin filialın müdiri  və baş mühasibinin iştirakı ilə  sayılıb balans məlumatları ilə tutuşdurularaq dövriyyə xəiznəsindən saxlanc( fond ) xəzinəsinə yerləşdirilməsi;
  • Bankın ona verdiyi əsas vəsaitlərdən: kompyuter, pulsayan avadanlıq  və bilavasitə iş prosesində istifadə etdiyi digər avadanlıqların işlək və saz vəziyyətdə saxlanılmadığı haqda şəxsi məsuliyyət daşıması;

Tələb olunan səriştələr:

  • Müştərilərlə nəzakətli ünsiyyət;
  • Müştərilərə vaxtında və keyfiyyətli xidmətin göstərilməsi;
  • İntizam, daxili sənədlərinə və daxili qaydalarına ciddi riayət etmək.
loading…

Bizim üçün ideal namizəd:

  • Ali iqtisadi təhsilli;
  • Ünsiyyətçil, vicdanlı, təşəbbüskar; 
  • Komandada işləmək bacarığı olan; 
  • Riyazi hesablama aparmaq qabiliyyəti olan; 
  • Ofis proqramlarında sərbəst iş bacarığı olan şəxsdir.

Bu iş sizə nələri qazandıracaq:

  • Bankın xəzinə əməliyyatlarını dərindən öyrənmə imkanları;
  • İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları.

Axtardığımız ideal namizəd sizsinizsə öz CV-nizi 24 may 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Xəzinədar (Kassir)_Bakı” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Mobil tətbiq üzrə marketinq eksperti 

Vakansiya haqqında məlumat: 

“ABB” ASC  Marketinq departamentinə Mobil tətbiq üzrə marketinq eksperti vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 Görəcəyiniz işlər:

  • KPI üzrə məhsulun bazar fəaliyyətinə nəzarət etmək və inkişaf etdirmək;
  • Təyin olunmuş KPI-lar üzrə lead və konversiya əsaslı kampaniyaların həyata keçirilməsi;
  • Məhsul üzrə kampaniyaların qurulmasına və icrasına  nəzarət;
  • Yeniliklər üzrə push notification və e-mail kontentin hazırlanmasına nəzarət və göndərilməsini təmin etmək;
  • Kampaniya və əməliyyat izləmələrini həyata keçirmək üçün SDK-ların və tədbirllərin yaradılmasına nəzarət və tətbiqin IT komandası ilə prosesin koordinasiya edilməsi;
  • Aylıq hesabatların tərtibi;
  • Tətbiqin fəaliyyəti üzrə dashbord-ların qurulması və məlumatların mütəmadi olaraq yenilənməsi.
loading…

Bizim üçün ideal namizəd:

  • Rəqəmsal marketinq sahəsində minimum 5 il iş təcrübəsi olan;
  • APP Marketlər üzrə SEO biliyi olan;
  • E-mail marketing üzrə biliklərə sahib;
  • Push notification məsələlərinə hakim olan;
  • Google Analytics və Facebook analytics üzrə mükəmməl bilik səviyyəsi olan;
  • Facebook və Google üzrə APP reklamlar  ilə işləməyi bacaran;
  • Kampaniyalar üzrə tam olaraq müştəri yolunu qura bilmə və idarəetmə bacarığı olan;
  • Tətbiq üzərindən gələn rəqəmsal sorğuların toplanması və emalı proseslərinə tam bələd olan şəxsdir;
  • E-ticarət və ya bank sektorunda çalışması əlavə üstünlükdür;
  • AppAnnie, Adjust kimi alətlərlə iş təcrübəsi əlavə üstünlükdür.

Axtardığımız ideal namizəd sizsinizsə CV-nizi  15 may 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Mobil tətbiq üzrə marketinq eksperti” şəklində göstərilməsi xahiş edilir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Rəqəmsal marketinq (Ifluencer/Affiliate) üzrə ekspert

Vakansiya haqqında məlumat: 

“ABB” ASC  Marketinq departamentinə Rəqəmsal marketinq (Influencer/Affiliate) üzrə ekspert vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

  • Influencer əsaslı kampaniyaların yaradılması, icrası, izlənilməsi və müvafiq hesabatların hazırlanmasını təmin etmək;
  • Affilate əsaslı kampaniyaların yaradılması, icrası, performanslara nəzarət və müvafiq hesabatların hazırlanmasını təmin etmək;
  • Google və Facebook Analytics-də kampaniyalar üzrə goal-ların yaradılması, funnel-ın qurulması və izlənməsi, həmçinin müvafiq olaraq hesabatların hazırlanmasını təmin etmək;
  • Fəaliyyətlər üzrə dashboardlar-ın qurulması.
loading…

Bizim üçün ideal namizəd:

  • Rəqəmsal marketinq sahəsində minimum 3 il iş təcrübəli;
  • Affilate və performans əsaslı kampaniyaların yaradılması və idarəsi üzrə təcrübəsi olan;
  • İzləmə texnologiyasını (tracking technology) tam başa düşən;
  • Google və Facebook Analytics üzrə biliklər – kampaniyalar üzrə goal-ların yaradılması, funnel-ın qurulması və izlənmə məntiqini tam olaraq bilən;
  • Influencer əsaslı kampaniyaların yaradılması və icrası ilə bağlı təcrübəsi olan;
  • UTM link məntiqini tam anlayanı və kampaniyalara uyğun olaraq tracking linklərini qurmağı bacaran şəxsdir.
  • Rəqəmsal marketinq və ya SMM agentliklərdə iş təcrübəsinin olması əlavə üstünlükdür.

Axtardığımız ideal namizəd sizsinizsə CV-nizi  15 may 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Rəqəmsal marketinq (Ifluencer/Affiliate) üzrə ekspert” şəklində göstərilməsi xahiş edilir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

RABİTƏBANK

Onlayn Satış Şöbəsinin Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Banka onlayn vasitələrlə edilmiş kredit müraciətlərini cavablamaq;
  • Müştərilərə, Bankın məhsul və xidmətləri, promo aksiyaları, müştərilərə aid yenilikləri, xidmət strukturlarının ünvanları, əlaqə telefonları və iş saatları haqqında ətraflı və dolğun məlumat vermək;
  • Müştərinin gəliri, xərci, kredit tarixçəsi, iş yeri, vəzifəsi və iş stajına əsasən ödəmə qabiliyyətinin qiymətləndirmək;
  • Sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirməklə kreditin verilməsi barədə yekun rəy bildirmək;
  • Fəaliyyəti ilə bağlı tələb olunan hesabatları hazırlamaq;
  • Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən tapşırıqlar əsasında digər öhdəlikləri yerinə yetirmək.
loading…

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

  • Ali təhsil;
  • Kredit sahəsində ən azı 2 illik iş təcrübəsi;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Nəzakət qaydalarına ciddi əməl etmək qabiliyyəti;
  • Əla səviyyədə Azərbaycan və Rus dili bilikləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron  ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Onlayn Satış” göstərməyiniz xahiş olunur. 

KAPİTAL BANK

Java Developer

Vakansiya haqqında məlumat: 

Java Developer

We are looking for Java Developer to join our team.

Requirements:

  • Minimum 2 years of work experience;
  • Java 8 / Java EE;
  • Ability to work with RESTful and SOAP services is required;
  • Knowledge of SQL and PL/pgSQL would be an advantage;
  • Knowledge of Framework would be an advantage – Spring framework (core, Boot, MVC, JDBC, REST, JMS, etc.);
  • Ability to work with web application servers (e.g. Jetty, Tomcat) ;
  • Knowledge of Linux is desirable;
  • Ability to work in a team;
  • Ability to write accurate and readable codes;
  • Ability to work with git;
  • Comfortable in Agile Development Methodology, especially Scrum
loading…

Responsibilities:

  • Development and management of new projects, implementation of innovations to ongoing projects.

Candidates are required to submit CV Forms via e-mail at [email protected] and indicating “Java Developer” in subject line.

Daha çox vakansiya üçün saytımızı izləməyə davam edin

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button