2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Bu banklarda əmanəti olanların nəzərinə!

Ləğv prosesində olan “DekaBank” KB ASC-nin və “Parabank” ASC-nin qorunmayan əmanətlərinin ödənilməsinə başlanılıb.

“Qafqazinfo”nun Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna istinadən məlumatına görə, əmanətçilər ləğv prosesində olan “DekaBank” KB ASC-yə və “Parabank” ASC-yə müraciət etməklə qorunmayan əmanətlərinin 10 min manata qədər hissəsini geri ala bilərlər.

Daha iri məbləğdə əmanətlərin geri ödənilməsinə yaxın günlərdə başlanılacaq və bu barədə Əmanətlərin Sığortalanması Fondu ictimaiyyəti əlavə məlumatlandıracaq.

Saytların yığılması Saytlarin yigilmasi

Ödənişlər ləğv prosesində olan “DekaBank” KB ASC-nin baş ofisinin Müştəri Xidməti şöbəsində, “Parabank” ASC-nin isə baş ofisi daxil olmaqla Bakı şəhəri və regionlarda yerləşən filiallarının Müştəri Xidməti şöbələrində həyata keçirilir.

Əlavə məlumat üçün:

Ləğv prosesində olan “DekaBank” KB ASC: (012) 49811 64

Ləğv prosesində olan “Parabank” ASC: (012) 447 10 00

Qaynar xətt: 139

Əmanətlərin Sığortalanması Fondu: (012) 596 65 91 / 92 / 93

Qaynar xətt: 941

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button