2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Bu bankların xüsusi ehtiyatlara ayırmaları artıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın bu ilin I yarısında xüsusi ehtiyatlara ayırmaları ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

Bunlar “PAŞA Bank”, “Bank Avrasiya”, “Naxçıvan Bank”, “Zıraat Bank Azərbaycan” və “Turan Bank” ASC-lər, eləcə də İran Milli Bankınımn Bakı filialıdır. Ən yüksək dinamika İran bankında (4,1 dəfə), ən aşağı dinamika isə “Turan Bank”da (21,9%) qeydə alınıb.

6 bankın – “Rabitəbank”, “Xalq Bank”, “Günay Bank”, “Muğan Bank” ASC-lərin, “Access Bank” və “Yapı Kredi Bank Azərbaycan” QSC-lərin isə xüsusi ehtiyatlara ayırmaları azalıb. Ən çox azalma “Access Bank”da (83,1%), ən az azalma isə “Rabitəbank”da (2,8%) qeydə alınıb.

Saytların yığılması Saytlarin yigilmasi

2 bankın – “Premium Bank” ASC-nin və Pakistan Milli Bankının Bakı filialının xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti müvafiq olaraq 51,5% və 6 dəfə artıb, 2 bankın – “Bank VTB Azərbaycan” və “Express Bank” ASC-lərin isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti müvafiq olaraq 51% və 92,6% azalıb.

4 bank – “Kapital Bank”, “Unibank”, “Azərbaycan Beynəlxalq Bankı” və “Azərbaycan Sənaye Bankı” ASC-lər bu ilin yanvar-iyun aylarında xüsusi ehtiyatlara üzrə vəsait ayırıb, ötən ilin eyni dövründə qənaət edib, 6 bank – “Azər-Türk Bank”, “Bank BTB”, “Bank of Baku”, “Bank Respublika”, “AFB Bank” və “Yelo Bank” ASC-lər isə bu ilin I yarısında xüsusi ehtiyatlar üzrə qənaət edib, ötən ilin eyni dövründə vəsait ayırıb. Odur ki, bu bankların xüsusi ehtiyatlar üzrə ayırmalarının / qənaətinin dinamikasını hesablamaq mümkün olmayıb.

Renkinq

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button