Sosial

Bu da Zəngilana gətirilən suriyalıların siyahısı – FOTOLAR

 

Azərbaycanın işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binaya baxış zamanı bəzi sənədlər aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident köməkçisi Hikmət Hacıyev tvitter hesabında paylaşım edib.

O bildirib ki, həmin materiallar təhlil olunarkən onların arasında Suriya vətəndaşlarına aid siyahı tapılıb.

Dövlət rəsmisi bildirib ki, həmin suriyalılar Azərbaycan torpağına qanunsuz olaraq yerləşdirilib: “Bu, müharibə cinayətidir. Qanunsuz yerləşdirmə həmsədrlərin diqqətindən kənarda qaldı”.

Qeyd edək ki, siyahıda adları qeyd olunmuş 60 suriyalı erməni (cəmi 19 ailə) işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma prosesində Zəngilan rayonu ərazisinə köçürülüb.
Həmçinin, 02.05.1964-cü il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Haseke bölgəsinin sakini Baazo Hraj Sepob (pasport: 015-11-L021693), 12.11.1969-cu il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Hələb şəhərinin sakini İskandarian Hartion Avadis (Pasport: 004-11-L128622) və 01.01.1962-ci ildə Suriyada anadan olmuş, Ermənistan vətəndaşı Kirakos Babkin (pasport: AM 0709227) adına verilmiş pasportların kserosurətləri də aşkarlanıb.

Qeyd olunan istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

 



Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button