2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bu fəlsəfi əsərlər beynimizi tamamilə dəyişəcək -SİYAHI

Antik dövrdən tutmuş bu günə qədər dünya və dünyadan kənar düşüncənin ali yaradıcıları olan filosoflar yaratdıqları əsərlərlə insanların həyata baxış tərzlərinin dəyişmələrinə səbəb olub.

Moderator.az insanların həyata baxış tərzini dəyişən 10 fəlsəfi əsəri təqdim edir: Qeyd edək ki, sıralama yalnız bir qrup araşdırmaçıların mülahizələridir və tamamilə şərti xarakter daşıyır::
1.Platon, “Dövlət” əsəri –e.ə. IV əsrdə yazılan əsər müəlliflə müəllimi Sokrat arasında dialoqlar şəklində qurulub. Antik dövrdən bu yana öz dəyərini itirməyən əsər “ideal dövlət və onu idarə etməyin yolları”, eləcə də “insan və cəmiyyət arasındakı qarşılıqlı münasibətlərin səhmana salınması barəsindədir.
 
2.Aristotel, “Nikomax etikası” – Platonla eyni dövrdə yaşayan, lakin onun bir çox ideyalarını inkar edən, “bəşəriyyətin ən universal insanı” sayılan Aristotelin yazdığı bu əsər etika elminin əsasını qoydu. Kitabda adından da göründüyü kimi insan-insan münasibətləri və insanı dəyərləndirmə ön plana çəkilir.
3 Makiavelli, “Hökmdar” – əsərdə hakimiyyət hərisliyi və şəxsi mənfəət uğrunda mübarizədən danışılır.
4. Spinoza, ”Etika”- filosoflar tərəfindən “ən ağıllı yəhudi” adlandırılan Spinoza bu əsəri latın dilində yazıb, lakin nə çapını, nə də yayımını istəməyib. Amma onun ölümündən sonra ardıcılları tərəfindən qorunan əsər Avropada sürətlə yayılıb.
5. Devid Yum, “insanı anlama sənəti üzərində bir hesabat” –Filosofun XVII əsrdə yazdığı əsər insan ağlının sirləri, məntiqin dərinliyi və ondan istifadə bacarığından söhbət açılır.
6. Jak Jak Russo, “İctimai müqavilə” – fransız maarifçi-filosofu olan Jan Jak Russo bu əsərində siyasi uğur qazanmaq üçün kütlə ilə münasibətlərin düzgün qurulmasınının yollarını göstərir.
7. İmanuel Kant, “Saf ağlın tənqidi” – fəlsəfə tarixinin ən önəmli filosoflarından sayılan Kantın bu əsəri dünya fəlsəfəsinin ən mürəkkəb əsəri sayılır. Əsər uzun müddət hətta elit intellektual təbəqə tərəfindən də anlaşılmayıb.
8. Hegel, “Məntiq” – dünya fəlsəfəsinin ən mürəkkəb və önəmli sütunlarından sayılan Hegelin bu əsəri insan məntiqinin varlığa olan münasibətini ayrı səmtdə işıqlandırmaqla çox yardımçı ola bilər.
9. Karl Marks-Fridrix Engels, “Manifest” – bəzi mənbələrdə “kommunist manifesti” adlanan bu əsər həqiqətən də insana verilən dəyər baxımından çox önəmli ideyalarla zəngindir. Çox təəssüf ki, bu əsərə guya istinad edən kommunist ölkələrin heç biri ondan lazımı şəkildə yararlana bilmədilər.
 
10.Jan Pol Sartr, “Varlıq və yoxluq” –Nobel makafatından imtina edən yazıçının bu əsəri fəlsəfə tarixində önəmli yer tutur. İlk olaraq 1943-cü ildə kütləvi şəkildə yayımlanıb. Əsər bu gün də çox sevilir və fəlsəfəni insanlara sevdirir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button