2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bu gənc onu çimdikləyənlərdən pul alacaq- FOTOLAR

Moderator.az xəbər verir ki, Türkiyədə bir gənc onu çimdikləyənlərdən pul almağa başlayıb. Qəribə görünüən məlumatı ətraflı olaraq sizə təqdim edirik.
Türkiyənin Batman vilayətində 25 yaşlı əngəlli gənc Nurullah Pılgız, ətrafındakı hər kəsin yanaqlarını sıxmasından narahat olunca hadisəni qazanc yerinə çevirib.
Batmanda yanaqlarının sıxılmasından narahat olan əngəlli gənc, boynuna “Yanaq sıxmaq 1 lirə” yazısı asaraq, vəziyyəti ticarətə çevirib. Yazını görən batmanlılar, 1 lirə verərək, yanaqlarını sıxdığı gəncə maraq göstəriblər.
“Yanaqlarımın sıxılması xoşuma gəlmir”
Boynuna “Yanaq sıxmaq 1 lirə” yazısı asaraq, prospekt-prospekt, küçə-küçə gəzən Pılgıza, şəhər əhalisi maraq göstərərək, 1 lirə verib, yanaqlarını sıxır. Batmanda onu tanımayan kimsənin olmadığını deyən Pılgız, “Gələn-gedən hər kəs mənə olan sevgilərindən dolayı yanaqlarımı çimdikləyirlər. Məni çox çimdikləyirlər, bu da xoşuma gəlmir.” dedi.
Nurullahın sinəsində yazı ilə görən Sevban Sevkal, uzun müddətdən bəri Nurullahın gördüyü yerdə yanaqlarını sıxdığını və özünü çox sevdiyini deyərək, “Nurullah Batmanın rəngli simalarından biridir. Uzun müddətdən bəri onu gördüyümdə davamlı olaraq yanaqlarını sıxıram. Lakin özü bundan çox narahat olur. Artıq bu işi ticarətə çevirmiş görünür. Bugün onu bu yazı ilə görüncə şoka düşdüm. Biz də artıq bundan sonra yanağını sıxmaq istədiyimizdə pul verəcəyik. ” deyə deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button