2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Bu, göstərdi ki, Azərbaycanla Türkiyə həmişə bir yerdədir”

“Türkiyə prezidentinin “Demokratiya və Şəhidlər Mitinqi”nə ancaq Türkiyə bayraqlarının gətirilməsini arzu etməsi Türkiyə cəmiyyətinin birliyini görməsi ilə bağlı idi. Amma bununla belə o, istisna olaraq Azərbaycanın bayrağının da meydana gətirilməsini arzuladı. Həqiqətən də biz yüz minlərlə Türkiyə bayrağının içərisində Azərbaycan bayrağını da gördük və bundan qürur hissi duyduq”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə 7 avqust tarixində Türkiyədə keçirilən “Demokratiya və Şəhidlər Mitinqi” haqqında danışarkən deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Millət vəkili onu da bildirib ki, özü də həmin mitinqdə iştirak etməyi arzulayıb:

“Əgər qarşıdan gələn referenduma hazırlıqla bağlı işlərdə iştirak etməsəydim, mütləq özüm də Türkiyəyə gedib həmin mitinqdə iştirak edərdim. Sadəcə bir iştirakçı kimi. Düzdür, Türkiyənin daxili işlərinə qarışmağa bizim ixtiyarımız yoxdur. Amma Türkiyənin ayaq üstdə durması, problemsiz olması bizlər üçün də çox önəmlidir. Biz Türkiyənin uğurlarına həmişə sevinirik. Bu baxımdan bir sıra vətəndaşlarımızın, eyni zamanda Türkiyədə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizin həmin mitinqdə iştirak etməsi haqqında məlumatlıyıq. Bir sıra tanınmış sənət adamlarının, xüsusilə mənim çox istədiyim müğənnimiz Röya xanımın orada iştirakından çox sevindim. Bu, özü göstərdi ki, Azərbaycanla Türkiyə həmişə bir yerdədir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button