Now Reading:
Bu gün AŞPA-nın qış sessiyası başlayır

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır.

Virtualaz.org xatırladır ki, toplantıda Azərbaycan nümayəndə heyəti yeni tərkibdə iştirak edir.

Sessiyada AŞPA-nın yeni sədri, təşkilatın insan haqları üzrə komissarı və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri seçiləcək.

Bundan başqa, Danimarkanın varis şahzadəsi, Avstriyanın prezidenti Aleksandr van der Bellen iclasda çıxış edəcəklər.

Yanvarın 24-də Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı gözlənilir.

Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Vüsal Hüseynov isə sessiyanın sonuncu günü – yanvarın 26-da “İşgəncə və ölüm cəzası üçün istifadə olunan malların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi” mövzusunda məruzə ilə çıxış edəcək.

“Konfliktlər və onların humanitar fəsadları” mövzusuna həsr edilmiş sessiya çərçivəsində Avropadakı münaqişələr, bu konfliktlərdən əziyyət çəkən insanların yaşadığı çətinliklər, Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesi, Avropada antisemitzmin artması, İslamofobiya və ksenofobiya ilə mübarizədə Avropa Şurasının və digər əlaqədar qurumların rolu məsələləri barədə fikir mübadiləsi aparılacaq.

Sessiya yanvarın 26-da başa çatacaq.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.