2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Bu gün cəmiyyətdə də, mediada da falçılara tələbat var”

Mehman Əliyev: “Bu, böhran və kütləvi psixozun göstəricisidir”

Son vaxtlar mediada falçı və ekstrasenslərlə bağlı yazılara, müsahibələrə həddindən artıq geniş yer verilməsi müşahidə edilməkdədir.
Maraqlıdır, maarifçilik missiyasını yerinə yetirməli olan medianın cəhalət və xurafatçılığın təbliğatçısı qismində çıxış etməsi nədən xəbər verir? Bu antoqonizmin kökündə hansı amillər dayanır?
Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev məlum problemi cəmiyyət və mediadakı böhranla əlaqələndirdi:
“Bu gün cəmiyyətdə bir böhran var. Insanlar bu böhrandan çıxış yolu axtarır. Televizora baxır, çıxış yolu tapa bilmir, çaş-baş qalır. Dinə üz tutur, dua edir, yenə bir yerə çıxa bilmir. Bütün yollara üz tutur, böhrandan çıxa bilmir. Axırda falçılara üz tutur. Yəni bu tendensiya sosial sifariş kimi meydana çıxır. Insanlar bu yolla bir çıxış yolu tapmağa can atır. Media bunu görür. Lakin media özü də böhran içindədir. Buna görə də hər iki tərəf ekstrasenslərə üz tutur. Əslində medianın falçılara bu qədər geniş yer verməsi cəmiyyətdəki dərin böhranın, kütləvi psixozun göstəricisidir.
Baş verənlər göstərir ki, falçılara tələbat sadəcə cəmiyyətə deyil, mediada da var”.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button