Now Reading:
Bu gün də banklarda dollar qalxır

Bu gün də banklarda dollar qalxır

Bu gün də banklarda Dolların qalxdığı müşahidə edilir.

 

“Marja” xəbər verir ki, dünənlə müqayisədə bu gün səhər, AmrahBank Dolların alışını 1.6650 manatdan 1.67 manata qaldırıb, satış qiymətini (1.7150) isə dəyişməyib.

 

AtaBank alışı 1.6550 manatdan 1.66 manata, MuğanBank alışı 1.64 manatdan 1.66 manata, satışı 1.71 manatdan 1.72 manata, NBC Bank alışı 1.65 manatdan 1.67 manata, satışı 1.71 manatdan 1.72 manata, GünayBank alışı 1.68 manatdan 1.6820 manata, Yapı Kredi Bank Azərbaycan alışı 1.666 manatdan 1.67 manata, Bank BTB alışı 1.64 manatdan 1.67 manata, satışı 1.7150 manatdan 1.7180 manata, Ziraat Bank Azərbaycan alışı 1.6350 manatdan 1.6750 manata, satışı isə 1.71 manatdan 1.7150 manata, DəmirBank alışı 1.63 manatdan 1.66 manata qaldırıb.
Dünən iş vaxtının sonunda Dolları ən ucuz qiymətə (1.70 manata) Günay Bank satırdı. Dolları ən yüksək qiymətə (1.6850 manata) alan Bank isə Bank Avrasiya idi.

 

Qeyd edək ki, Mərkəzi Bakda keçirilən son iki hərracda Manat Dollar qarşısında cüzi də olsa möhkəmlənsə də, banklarda Dollar bahalaşır.

 

Manatın orta çəkili məzənnəsi, 11 aprel 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilmiş hərracda 1.7029 manat (1.7031 manatdan düşmüşdü), 13 aprel 2017-ci il tarixində keçirilmiş hərracda isə 1,7026 səviyyəsində formalaşmışdır.

 

Qeyd edək ki, bu həftənin çərşənbə axşamı günü Dolların alış qiyməti 1.60 manatadək, satış qiyməti isə 1.64 manatadək düşmüşdü.

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.