2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bu gün Faiq Əmirlinin məhkəməsidir

Hazırlıq iclası saat 12.00-da başlayacaq

Bu gün “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin cinayət işi üzrə hazırlıq iclası keçiriləcək. Proses saat 12.00-da Səbayel Rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə başlayacaq.
Faiq Əmirli ötən il avqustun 20-də saxlanıb. O, həbs ediləndə əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra ona yeni ağır ittihamlar irəli sürülmüşdü. Bu dəfə ittihamlar Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddədən (vəzifə səlahiyyətindən sui-istifadə) gedirdi.
Faiq Əmirliyə qarşı irəli sürülmüş bəzi ittihamlar sonra götürülüb. F.Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. Bu ittihamlarla ona 5 ilə kimi həbs cəzası verilə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button