2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bu gün Fransada prezident seçkilərinin ilk turu keçiriləcək

Birliyinin Almaniya ilə birlikdə ən əhəmiyyətli iki ölkəsindən biri qəbul edilən Fransa, prezident seçkisinin ilk turu üçün sandıq başına gedir.  Prezident seçkisində Fransa ərazisində 45,67 milyon, ölkədən kənarda isə  1,3 milyon  vətəndaşın səs verəcəyi gözlənir.

Seçki sıx təhlükəsizlik tədbirləri altında ümumilikdə 69 min 245 seçki məntəqəsində reallaşacaq. Səsvermə Fransa saatıyla 08.00-də başlanıb, 20.00-da sona çatacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Son olaraq seçkidə əsas səsləri qazanacaq namizədlərin aşağıdakı 4 şəxs olduğu gözlənilir:

İfrat sağçı Milli Cəbhənin lideri Marine Le Pen. 2002-ci ildə Marine Le Penin atası Jean-Marie Le Pen prezident seçkisində ikinci tura qalmağı bacarmış, ancaq nəticəni Jak Şiraka uduzmuşdu. Son anket sorğuları Marine Le Penin ikinci turda gözlənən rəqibi Emmanuel Makrona məğlub olacağını göstərir.
Fransada prezident yarışının sürpriz adı Emmanuel Makrondur.

Hər hansı siyasi partiyanın dəstəyinə arxalanmadan seçkiyə müstəqil namizəd olaraq qatılan keçmiş İqtisadiyyat naziri Makron ilk dəfədir seçkidə iştirak edir. O, mərkəzin namizədi olaraq qiymətləndirilir.

Yaxın bir zamana qədər seçkinin favoriti olaraq göstərilən mərkəz sağdakı respublikaçı namizəd François Fillon həyat yoldaşı və uşaqlarına çalışmadıqları halda maaş verildiyi istiqamətindəki iddialara görə ciddi səs itirib.

Köhnə Təhsil naziri sosialist namizəd Benoit Hamon da sol qanadın üsyankar namizədi sayılır. Seçim vədlərinə aşağı gəlir qrupuna dövlətdən maaş ayrılması və bu sistemin 2022-ci ildən sonra bütün fransız vətəndaşlarını əhatə edəcək şəkildə genişləndirilməsi daxildir.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button