2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Bu gün Navalnının 'Qələbə' ilə Rusiyaya dönəcəyi bildirilir


Bu gün (17 yanvar 2021) axşam rusiyalı siyasətçi, ötən ilin avqustundan Almaniyada müalicə olunan Aleksey Navalnının  Moskvaya qayıdacağı gözlənilir. O, “Pobeda” aviaşirkətinə məxsus təyyarə ilə Moskvaya dönəcəyi barədə məlumatı yanvarın 13-də bəyan edib.

Artıq Rusiya hüquq-mühafizə orqanları Navalnı və tərəfdarlarına hava limanında izdihamlı görüşün “qanunsuzluğu” barədə xəbərdarlıq ediblər. Məlumatlara görə, bundan başqa belə  xəbərdarlıqlar Rusiyanın müxtəlif şəhərlərindən qarşılama üçün Moskvaya yola düşmək istəyənlərə də edilib.

İndi Aleksey Navalnı Moskvaya çatanda nələrin baş verə biləcəyi ilə bağlı məsələlər onun tərəfdarları ilə əleyhdarları arasında qızığın müzakirə olunmaqdadır.

Saytların yığılması Saytlarin yigilmasi

2020-ci il avqustun 20-də Tomskdan Moskvaya uçduğu təyyarədə Aleksey Navalnının səhhəti kəskin pisləşib. Vəziyyəti kritik olduğundan təyyarə Omsk hava limanına təcili eniş edib. Bir müddət yerli xəstəxanada qaldıqdan sonra o, xüsusi təyyarə ilə Almaniyaya aparılıb.  Berlindəki  Charite klinikasına 32 gün intensiv müalicəsinə olunub.

Sentyabrın 2-də alman həkimlər üç müxtəlif laboratoriyanın nəticələrinə istinad edərək Navalnının “Noviçok”la zəhərləndiyini bəyan ediblər.

Bundan 5 gün sonra, sentyabrın 7-də o, komadan ayılıb. Təxminən iki həftədən çox bir müddətdə onun həyatı əhəmiyyətli orqanlarının fəaliyyəti bərpa olunub. Sentyabrın 23-də siyasətçinin müalicəsi başa çatıb.

 

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button