2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Bu gün Putin Ərdoğanla görüşməlidir

Danışıqlarda Ukraynada müharibəyə son qoyulması, Türkiyənin Suriyaya gözlənən müdaxiləsinin müzakirə mövzusu olacağı gözlənir

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya Prezidenti Vladimir Putin avqustun 5-də Qara dəniz sahilindəki Soçi kurortunda türkiyəli həmkarı Recep Tayyip Ərdoğanla görüşməlidir. İki lider bir aydan da az müddət ərzində artıq ikinci dəfədir bir araya gəlir.

Danışıqlarda Ukraynada müharibəyə son qoyulması, Türkiyənin Suriyaya gözlənən müdaxiləsinin müzakirə mövzusu olacağı gözlənir. Ərdoğan bundan öncə Qara dəniz vasitəsilə Ukrayna taxılının ixracının bərpasında BMT-nin vasitəçiliyinə yardım edib.

Rusiyanın fevralın sonunda Ukraynaya təcavüzə başlayıb. Türkiyə lideri bu müharibəyə son qoymaqdan ötrü hər iki ölkəylə isti münasibətlərindən faydalanır.

Türkiyənin TRT dövlət televiziyasının məlumatına görə, Ankaranın Suriyanın şimalında kürd silahlılara hücum planı gündəmdə duran əsas məsələdir.

Suriyadakı vətəndaş müharibəsində Prezident Bəşər əl-Əsədi dəstəkləyən Moskva belə bir hücuma qarşı çıxıb.

Ankara ABŞ-ın dəstəklədiyi YPG kürd qruplaşmasını terrorçu qrup hesab edir, onun daxili silahlılarla əlaqələri olduğunu deyir.

2019-cu ildən Türkiyənin Suriyanın şimalındakı əməliyyatı dayanıb. O vaxtdan Vaşinqton və Rusiyanın vasitəçiliyi ilə iki atəşkəs razılaşması əldə olunub.

Kremlin məlumatına görə, NATO üzvü Türkiyənin Rusiyaya potensial dron satışı da müzakirə olunacaq.

Putin Rusiyanın Türkiyənin Baykar dron şirkəti ilə əməkdaşlıq edə biləcəyini deyib. Bu haqda CNN Türk ötən ay Ərdoğana istinadla xəbər verirdi.

Ukrayna ordusu müharibədə Rusiya qüvvələrinə qarşı Baykar-ın Bayraktar TB2 dronlarından istifadə edir.

24 saat” “
Bu gün Putin Ərdoğanla görüşməlidir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button