2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Bu gün Qərb diplomatları Talibanla görüşür

Taliban ötən avqustda hakimiyyəti ələ keçirəndən Əfqanıstanda humanitar vəziyyət kəskin pisləşib

Saytların yığılması Saytlarin yigilmasi

Yanvarın 24-də Talibanın nümayəndə heyəti ilə Qərb diplomatları Osloda bir araya gələcək, Əfqanıstanda humanitar vəziyyəti, insan haqlarını müzakirə edəcəklər.

Qapalı müzakirələr Talibanın 15 nəfərlik nümayəndə heyətilə ABŞ, Fransa, Britaniya, Almaniya, İtaliya, Avropa İttifaqı və Norveç təmsilçiləri arasında keçiriləcək.

Taliban ötən avqustda hakimiyyəti ələ keçirəndən Əfqanıstanda humanitar vəziyyət kəskin pisləşib. Qruplaşma təmsilçilərinin o vaxtdan dondurulmuş milyardlarla dollarlıq aktivlərə çıxış istəyəcəyi gözlənir.

Aclıqdan əziyyət çəkənlər

BMT-nin məlumatına görə, Əfqanıstanda 22.8 milyon nəfər kəskin ərzaq qıtlığından, 8.7 milyon nəfər aclıqdan əziyyət çəkir.

Əfqanıstan büdcəsinin 80 faizə yaxınını maliyyələşdirən beynəlxalq yardım avqustdan bəri dayandırılıb. Birləşmiş Ştatlar isə Əfqanıstan Mərkəzi Bankının 9.5 milyard dollarlıq aktivlərini dondurub.

Ölkədə işsizlik sürətlə artır, dövlət qulluqçuları aylardır maaş almırlar.

“Onları Əfqanıstanın aktivlərini azad etməyə, siyasi fikir ayrılığına görə sıravi əfqanları cəzalandırmamağa çağırırıq. Aclıq, ağır qış səbəbindən, düşünürəm ki, beynəlxalq ictimaiyyət əfqanları dəstəkləməlidir, siyasi mübahisələrə görə onları cəzalandırmamalıdır”, – Talibanın təmsilçisi Şəfiulla Əzam deyib.

Görüşlər başlanıb

Yanvarın 23-də Talibanın yalnız kişilərdən ibarət nümayəndə heyətinin Osloya səfərinin ilk günündə onların təmsilçisi Əfqanıstan vətəndaş cəmiyyətinin üzvləri ilə insan haqları məsələlərini müzakirə ediblər.

Əzam “AP”yə deyib ki, Qərb rəsmiləri ilə görüşlər Əfqanıstan hökumətinin legitimləşdirilməsinə doğru bur addımdır.

Amma Norveçin Xarici işlər naziri Anniken Huitfeldt daha öncə demişdi ki, bu danışıqlar “Talibanın legitimləşdirilməsi, yaxud tanınması anlamına gəlmir”.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Tomas Vest “reprezentativ siyasi sistemin formalaşdırılmasını; kritik humanitar və iqtisadi böhranın həlli yollarını; təhlükəsizlik və əksterror məsələlərini; insan haqlarını, özəlliklə qızların və qadınların təhsilini” müzakirə etməyi planlaşdırır. Məlumatı Dövlət Departamenti yayıb.

Xoş niyyət…

Feminist fəal Cəmilə Əfqani yanvarın 23-də “AFP”yə görüşün pozitiv keçdiyini deyib. Onun sözlərinə görə, təmsilçilər “xoş niyyət göstəriblər… Görək hərəkətləri sözlərilə düz gələcəkmi”, – o vurğulayıb.

İslamçı qruplaşma müasirləşdiyini iddia etsə də, qadınlar dövlət sektorundan əsasən çıxarılıb, orta məktəblər qızların üzünə bağlanıb. Ötən həftə Kabildə iki qadın fəal itkin düşüb.

Yanvarın 23-də Norveç Xarici İşlər Nazirliyinin qarşısına 200-dək etirazçı yığışaraq görüşləri pisləyiblər.

Talibanın nümayəndə heyətinə Haqqani şəbəkəsinin lideri Anas Haqqani də daxildir. Bu şəbəkə Əfqanıstanda bir sıra dağıdıcı hücumlara görə məsuliyyət daşıyır, Birləşmiş Ştatlarda terrorçu kateqoriyasına salınıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button