2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Bu gün Tehran-Bakı-Təbriz reysinin ilk uçuşu həyata keçirilib

Bu gün İranın “ATA Airlines” şirkəti tərəfindən Tehran-Bakı-Təbriz və Təbriz-Bakı-Tehran reysinin ilk uçuşu həyata keçirilib.

Bununla bağlı jurnalistlərə açıqlama verən İranın azərbaycandakı səfiri Möhsün Pakayin bildirib ki, reyslər “Airbus 320” təyyarələri ilə yerinə yetirilir.

Saytların yığılması Saytlarin yigilmasi

“Təyyarə əvvəlcə saat 12:15 radələrində Tehrandan Bakıya uçacaq, 13:30-da Bakıda eniş etdikdən təxminən 1,5 saat sonra Təbrizə qayıdacaq. Ardınca bir qədər fasilə edərək yenidən Bakıya qayıdıb Tehrana uçacaq”, – deyə səfir bildirib.

Onun sözlərinə görə, aviareysə biletin qiyməti 180 manatdır.

Diplomat əlavə edib ki, reysin açılması iki ölkə arasında ticarət və turizmin inkişafına töhfə verəcək.

Bundan başqa, səfir bildirib ki, aviaşirkət gələcəkdə Bakı-Məşhəd aviareysinin açılması üzərində işləyir: “Lisenziya artıq verilib. Ümid edirəm ki, ilin sonuna kimi bu reys də istifadəyə veriləcək”. (APA)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button