2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bu günlərin Mehman dəbi

Zümrüd Yağmur

Keçən gün Mehman Əliyev həbs olundu. Beləcə, bu ölkədə üçüncü Mehmanı həbsxana divarları arasına göndərdik. Sakit və mədənicə verilən bəyanatlarla…
Susqunluğumuzla, laqeyidliyimizlə, bivecliyimizlə…
Mehmanın birini unutduq. Birini kimsəsiz buraxıb intihar ipinə sürüdük. Birinin həbsisə yeni olduğundan indi ondan status yazmaq dəbdir.
Bir azdan bu Mehmanı da unudacağıq.
Çünki dəbi ötüb keçəcək.
Bir biz qalacağıq, bir də laqeyidliyimiz, sistemsizliyimiz, imitasiyalarımız…
Özünə baxan güzgü kimi…
Bizim o özünə baxan güzgüdəki əksimiz ürəyimizi illərdir vurmur, illərdir biz simasını ortaya qoyub açıq şəkildə kimliyini bəyan etmişlərdən ya mədəd umuruq, ya da onları tənqid edib sanki bununla kimliyini daha çox ifşa edəcəkmiş kimi içimizdəki üsyana su tökürük əslində…
Halbuki, ortada mücərrəd bir şey yoxdu. Bu ölkəni idarə edənlərin kimliyini onların özləri illərdir məharətlə oraya qoyub və bundan sonra biz olsa-olsa, o kimliyin yanına ancaq olan rəngdən bir az daha tünd olan ştrix əlavə edə bilərik.
Amma qaradan artıq rəng varmı? Desəniz, var deyərəm…
Qaranın ən tünd çaları laqeyidlik, acizlik və qorxudur.
Ən tünd rəngi oyunların oynanmasıdır.
Sistemsizlik, biganəlik, hər kəsin öz mənafeyini və marağını təmin etmək üçün daha bərkdən çığırmaq iddiasıdır.
Baxın bütün bunlar qaranı daha artıq qaraya çevirənlərdir.
Ortada naşı bir rəssam və onun 25 il üzərində bir ölkənin taleyinə çəkdiyi qrotesk bir tablo var. Kazimir Maleviçin “Qara kvadrat”ı qədər mənasız olan bu “Qara ölkə” əsəri, şanslı olması ucbatından uğur qazanıb və bu naşı, amma uğurdan və sərvətdən başı hərlənən rəssam fırçası ilə düz 25 ildir ki, göz oyur.
Biz nə edirik?!
O qaranın qaradan daha artıq qara olduğunu sübut etməyə enerji sərf etməklə məşğuluq.
O tablonu da, rəssamını da buraxaq artıq. Onların kimliyi də, əsəri, etdikləri, etmək istədikləri də bəlli…
Biz nə etməliyik, onu söyləyin…
O fırçanı bu naşı rəssamın əlindən necə almalıyq, bunun yollarını araşdırıb tapaq. Məsələn, səmimi və ardıcıl mübarizədən danışaq. Birlikdə hərəkət etmək üçün bütün emosiya və hesabları bir kənara buraxmağı öyrənək…
İnamımıza güzgü tutaq.
Və o güzgü özünə deyil, bizə baxsın. Baxsın ki, harda yanlış etdiyimizi görək…
Xırdaçılıqlardan xilas olaq…
Bu xırda emosiyaların əhatəsində Mehmanlar ipə gedir. Abbaslar çarmışa çəkilir.
Qiyaslr, İlkinlər, Bayramlar cəfa çəkir.
Talelər, Gözəllər zindan divarları arasına atılır…
Və bunun məsuliyyəti o naşı rəssamın üzərində olduğu qədər bizim də üzərimizdədir. Xalqın da, müxalifətin də, yazarın da, hər kəsin…

Saytların yığılması Saytlarin yigilmasi

P.S. O “beynəlxalq aləm” deyilən bir yığını da buraxın artıq… “Demokratiyaya bir addım irəli” deyənlərin bu gün Mehman Əliyevin həbsi ilə bağlı deyəcəyi də söz oyunudur sadəcə… Bu ölkədə azad mediyaya açılan ilk güllənin qarşısında dayana bilməyənlərin, imitasiya edənlərin, sözlə siçan-pişik oyunu oynayanların azadlıqdan danışması iyrənc görünür.

Yazı müəllifin Facebook səhifəsindən götürülüb

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button