Now Reading:
“Bu həbs mənim siyasi fəaliyyətimlə bağlıdır”

 Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verdi

İyunun 4-də Bakı Apelyasiya Məhkəməsində Respublikaçı Alternetiv (ReAl) Partiyasının Məclis üzvü Azər Qasımlının 30 günlük inzibati həbsindən verilmiş şikayətə baxılıb. Məhkəmədə Azər Qasımlı özü də iştirak edib.

Məhkəmədə A.Qasımlının vəkili Elçin Sadıqov siyasətçinin həyat yoldaşı Samirə Qasımova və hüquqşünas Xalid Bağırovun şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb. Vəkil vəsatətini əsaslandırarkən bildirib ki, həmin şəxslər A.Qasımlının həbs olunduğu gün, ümumiyyətlə, Landau küçəsində olmadığını təsdiqləyə bilərlər.

Vəkilin daha bir vəsatəti A.Qasımlının inzibati xəta törətdiyi iddia olunan ərazidəki təhlükəsizlik kameralarının görüntülərinin alınması barədə olub. Müdafiəçi deyib ki, görüntülərə baxış keçirilsə, A.Qasımlının orada olmadığı sübuta yetiriləcək.

Hakim Qədim Babayev vəsatətlərin heç birini təmin etməyib.

A.Qasımlı özü də çıxış edərək bildirib ki, polisə müqavimət göstərməsi barədə inzibati xəta protokolunda yazılanlar tam yalandır. O, nə polisə müqavimət göstərib, nə də, ümumiyyətlə, hansısa inzibati xəta törədib: “Mən heç bir xəta törətməmişəm. Protokolda və Yasamal Rayon Məhkəməsinin qərarında yazılanlar da bunu sübut edir”.

A.Qasımlı bildirib ki, həbsinin əsl səbəbi 28 Mayda – Cümhuriyyətin 100 illiyi ilə bağlı yürüşdür: “Bu həbs mənim siyasi fəaliyyətimlə bağlıdır. Məqsəd məni susdurmaqdır”.

A.Qasımlı həbsindən öncə prokurorluğa çağrılmasından da danışıb: “Məni Baş prokurorun müavini yox, mətbuat xidmətinin rəhbəri qəbul elədi. Normal söhbətimiz oldu. Prokurorluqdan çıxanda məni öz maşınlarına mindirib Yasamal Rayon Polis İdarəsinə gətirdilər”.

O, çıxışının sonunda heç bir xəta törətmədiyini vurğulayaraq, 30 günlük inzibati həbsi barədə Yasamal Rayon Məhkəməsinin qərarının ləğvini istəyib.
Qədim Babayevin sədrlik etdiyi hakimlər kollegiyası isə şikayəti təmin etməyib. Qərar qüvvədə saxlanılıb.

A.Qasımlı mayın 29-da saxlanılıb. O, Landau küçəsində inzibati xəta törətməkdə və onu intizama dəvət edən polis əməkdaşının qanuni əmrinə tabe olmamaqda günahlandırılaraq, 30 gün inzibati həbs cəzası alıb.

Meydan TV

QR:  <?php the_title(); ?>

1 comment

  • 24saat

    Salam ! Mən belə bir məlumat oxumuşam ki, təqaüdə cixandan sonra 6 il fasiləsiz işləyən vətəndaşın təqaüdündə artım olmalıdır. Amma bu artım mənə şamil edilməyib. Bu barədə məlumat vermənizi xahiş edirəm. Məlumat ücün bildirirəm ki , 2006 – cı ilin iyun ayında təqaüdə cıxmışam və 2012 -ci ilin avqust ayına qədər işimi davam etdirmişəm.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.