2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏXəbərlər

Bu həftə Nobel mükafatlarının qalibləri bilinəcək

Nobel Fondunun icraçı direktoru bildirib ki, 2021-ci ilin Nobel mükafatları laureatları vətənlərində təqdim ediləcək. O bu qərarı pandemiya və mövcud beynəlxalq səyahət qaydalarının yaratdığı qeyri-müəyyənliklə izah edib.

Nobel mükafatlarını təqdim edən Fond sentyabrın 23-də bəyan edib ki, ard-arda ikinci ildir ki, elm və ədəbiyyat sahələrində mükafata layiq görülən şəxslər mükafatlarının medal və diplomlarını öz vətənlərində alırlar.

“Hələ o nöqtəyə gəlib çıxmamışıq”

Fond əlavə edib ki, ənənəvi olaraq Norveçdə təqdim olunan sülh mükafatı ilə bağlı qərar, hələlik, verilməyib. Ötən il bu mükafat canlı, ancaq məhdud auditoriya qarşısında təqdim edilmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bəyanatda deyilir ki, Nobel Komitəsi hələ də Nobel Sülh Mükafatı laureat(lar)ının Osloya dəvət edilməsi imkanlarını açıq saxlamaqdadır. Komitə mükafatın təqdimetmə mərasiminin formatını oktyabrın ortalarına qədər bildirməlidir.

“Hesab edirəm ki, hər kəs COVID-19 pandemiyasının bitməsini istərdi. Ancaq biz hələ o nöqtəyə gəlib çıxmamışıq”, – Nobel Fondunun icraçı direktoru Vidar Helqesen deyib.

Qaliblər oktyabrın əvvəlində elan olunur. Ancaq mükafatlar dekabrın 10-da iki Skandinaviya ölkəsinin paytaxtında böyük, təmtəraqlı mərasimdə təqdim edilir. Dekabrın 10-u mükafatın təsisçisi Alfred Nobelin ölüm tarixinin ildönümüdür. Alfred Nobel 1896-cı ildə vəfat edib.

“Rəqəmsal və fiziki tədbirlərin qarışığı”

Fond ötən il də elm və ədəbiyyat mükafatlarını laureatların vətənlərində təqdim etmək qərarına gəlmişdi. Ötən il də bu qərar pandemiya ilə bağlı səfər qadağaları ilə əsaslandırılmışdı.

Nobel mükafatlarının verildiyi elm sahələri tibb, kimya və fizikadır.

Nobel Fondu bəyan edib ki, 2020-ci ildəki kimi, 2021-ci ilin mərasimləri də rəqəmsal və fiziki tədbirlərin qarışığı olacaq. Bu il 120 yaşı tamam olan Nobel mükafatlarının qalibləri 4 – 11 oktyabr tarixləri arasında elan ediləcək. Nobel mükafatları 1901-ci ildə təqdim edilməyə başlayıb.

Tibb sahəsi üzrə mükafatlar bazar ertəsi, fizika növbəti gün, kimya üzrə mükafatlarsa çərşənbə günü-oktyabrın 6-da elan olunacaq.

Ədəbiyyat və sülh mükafatları

Eyni dərəcədə maraqla gözlənilən Ədəbiyyat və Sülh mükafatlarının qalibləri, uyğun olaraq, bu həftənin cümə axşamı və cümə günlərində elan olunacaq. Gələn həftənin bazar ertəsi, Bakı vaxtı ilə saat 13:30-la 15:00 arasında isə İsveç Mərkəzi Bankının təsis etdiyi iqtisadiyyat sahəsində mükafatın qalibi elan olunacaq.

Ümumilikdə altı sahə üzrə mükafatlar təqdim ediləcək. Bütün elanlar Stokholm və Oslodan Nobel Mükafatının rəsmi rəqəmsal kanalları vasitəsilə veriləcək.

Nobel Komitəsinin məlumatına görə, bu il Sülh mükafatına, nə az, nə çox, 329 şəxsin namizədliyi təqdim olunub.

2020-ci ildə Nobel Sülh Mükafatı aclıqdan müharibə və münaqişədə silah kimi istifadənin önlənməsindəki xidmətlərinə görə Ümumdünya Ərzaq Proqramına (WFP) verilmişdi.

Ədəbiyyat mükafatının qalibi isə amerikalı şairə Luiza Qlük olmuşdu.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button