2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Bu il əhalinin nağd rubl satışı alışı 8 dəfə üstələyib

2021-ci ilin yanvar-iyul aylarında əhali kommersiya banklarından 1,172 mlrd. ağd Rusiya rublu alıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35,3% azdır.

Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, təkcə iyul ayında əhali 182,588 mln. rubl alıb ki, bu da iyun ayı ilə müqayisədə 6,9% çoxdur.

Bundan başqa, cari ilin ilk yeddi ayında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 9,371 mlrd. rubl təşkil edib ki, bu da illik müqayisədə 23,9% çoxdur. Təkcə iyul ayında bu göstərici 1,752 mlrd. rubla bərabər olub ki, bu da aylıq müqayisədə 4,8% çoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Nəticədə 2021-ci ilin yanvar-iyul aylarında əhalinin nağd rubl satışı alışı 8 dəfə üstələyib.

APA

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button