2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bu il 1 nəfər botulizmdən ölüb – Gigiyena və Epidemiologiya Mərkəzi

“İyul ayında ölkə ərazisində 106 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Nəticədə 148 nəfər zərər çəkib”.

Bunu virtualaz.org-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası şöbəsinin rəhbəri İmran Abdullayev bildirib.

Onun sözlərinə görə, qida zəhərlənmələri əsasən, ev şəraitində hazırlanan qidalardan, kustar üsulla hazırlanmış konservləşdirilmiş məhsullardan baş verib. Qarpızdan zəhərlənmələrlə bağlı məlumatlar yayılsa da, bu öz tədiqini tapmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

İ.Abdullayev qeyd edib ki, ötən ay ərzində botulizm hadisəsi qeydə alınmayıb. Bütün zəhərlənənlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb və ağırlaşmalar qeydə alınmayıb.

Şöbə müdiri həmçinin bildirib ki, 2016-ci il ərzində 396 qida zəhərlənməsi hadisəsi qeydə alınıb:

“7 ay ərzində 396 zəhərlənmə halı qeydə alınıb ki, nəticədə 502 nəfər zəhərlənib. İl ərzində 25 batulizm hadisəsi qeydə alınıb və 30 nəfər zərər çəkib. Bu il 1 nəfər botulizm nəticəsində dünyasını dəyişib”.

Qeyd edək ki, botulizm ev şəraitində hazırlanan müxtəlif turşular, mürəbbələr və kompotlar nəticəsində baş verən ağır zəhərlənmədir. Bu hal əsasən, qış aylarında, konservləşdirilmiş məhsulların istifadəsi zamanı baş verir. Ötən il botulizm nəticəsində 3 nəfər dünyasını dəyişmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button