AZ24SAAT.ORG

Now Reading:
Bu il abituriyentlərə ilk dəfə imtahan verdiyi ixtisas qrupunu dəyişmək imkanı verilib

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 13-də II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanın nəticələrini dəyərləndirib.

 

APA-nın xəbərinə görə, DİM sədri bildirib ki, qəbul imtahanının nəticələri ötən ilki səviyyədədir.

M. Abbaszadə qeyd edib ki, bu il abituriyentlərə ilk dəfə imtahan verdiyi ixtisas qrupunu dəyişmək imkanı verilib: “Yaz imtahanlarında II ixtisas qrupu üzrə imtahan verən abituriyentlər yay imtahanında III ixtisas qrup üzrə imtahan verə biləcəklər. Biz hələ bilmirik bu dəyişmələr nəticələrə necə təsir edəcək. Yalnız imtahanlar tam başa çatdıqdan sonra hansısa fikir söyləmək olar”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.