2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bu il Azərbaycanda 108 nəfər İİV-ə yoluxub

Bu ilin 3 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 108 nəfər olub.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, onlardan 107-i (99%) Azərbaycan vətəndaşı, 1-i (1%) isə əcnəbidir.
Ümumilikdə Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 01 aprel  2017-cı il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6293 nəfər qeydiyyata götürülüb. Onlardan 6086-ı (96,7%) Azərbaycan vətəndaşı, 207-i (3,3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4649-u (73,8%) kişi, 1644-ü (26,2%) qadındır.
İİV-ə yoluxması təsdiq olunmuş 6293 nəfərdən 2979-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi (İNİ) nəticəsində baş verib. Onlardan 2190 (74,5%) nəfər dispanser qeydiyyatındadır. 01.04.2017-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 3653 nəfər təşkil edib. Onların da 1677 nəfəri İNİ olub. Cari ilin 3 ay ərzində isə ART-yə cəlb olunan 115 pasiyentdən 24 nəfərində İNİ aşkar edilib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button