2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bu il Azərbaycanda 5 886 nəfər suçiçəyinə yoluxub

“Bu ilin birinci rübündə (yanvar-mart ayları) ölkədə 5 886 nəfər suçiçəyinə yoluxub”.
Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, ötən ilin müvafiq dövründə ölkədə suçiçəyinə yoluxma hadisəsinin sayı 6628 olub: “Bu isə ötən ilə nisbətən 11,2 faiz azalma deməkdir. Təbii ki, bu rəqəm ölkə üçün çox deyil. Suçiçəyi Azərbaycanda idaəolunmayan infeksiyadır və ona qarşı peyvənd işi aparılmır. Ona görə də biz bu infeksiyanın yalnız əks-epidemik tədbirlər vasitəsilə azalmasına nail oluruq, xəstəliyin yayılmasının qarşısını alırıq. Amma peyvəndlə idarəolunan xəstəliklərin qarşısını ala bilirik”.
Hazırda suçiçəyinin daha çox məktəbyaşlı uşaqlar arasında yayıldığını vurğulayan A.Əliyeva qeyd edib ki, bağçalarda belə hallara o qədər də rast gəlinmir: “Ancaq heç bir məktəbdə, uşaq müəssisəsində artım qeydə alınmayıb. Suçiçəyinə yoluxma adətən əhalinin sayı çox olan böyük şəhərlərdə rast gəlinir”.
O əlavə edib ki, ümumilikdə payız-qış aylarında hava-damcı yolu ilə yayılan infeksiyalara yoluxma hadisələrinin sayında artım müşahidə edilir: “Yay mövsümünə keçən zaman isə bu xəstəliklərə yoluxma faktlarının sayı azalır”.
Report

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button