2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bu il Azərbaycanda ali məktəblərə rekord sayda məzun daxil olub

Bu il ali təhsil müəssisələrinə rekord sayda məzun (34770 nəfərə yaxın) daxil olub.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu, balların aşağı salınmasının deyil, akademik göstəricilərin yaxşılaşması nəticəsində əldə edilib.
Onun sözlərinə görə, ali məktəblərə qəbul üzrə orta bal yüksəlib: “Bir çox halda məktəblər qiymətləndirilərkən təhsil barədə cəmiyyətdə gedən diskussiyalarda, məqalələrdə, yazılarda 1-2 amil önə çəkilir. Bunlar hansı rayonun, məktəblərin məzunlarının buraxılış və qəbul imtahanlarında hansı nəticələr əldə etməsidir. Bunlar həqiqətən mühüm nəticələr və obyektiv ölçülə bilən göstəricilərdir. Bu imtahanlar nəticəsində obyektiv şəkildə bir məktəbin məzunlarını digər məktəbin məzunları ilə müqayisə edə bilirik”.
Nazir əlavə edib ki, son illər bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində ciddi uğurlara nail olunub. Onun sözlərinə görə, əgər 2012-ci ildə 9-cu siniflərdə buraxılış imtahanlarında ölkə üzrə bütün şagirdlərin 50%-i (2 şagirddən biri) müsbət qiymət alırdısa, 2016-cı ilin nəticələrinə əsasən, bu rəqəm 69% olub.
M.Cabbarovun sözlərinə görə, bu dəyişiklik ildən-ilə artır və artım qəbul imtahanlarının nəticələrində də büruzə verir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button