2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Bu il Dövlət Komitəsinə daha çox aliment ödənilməməsi ilə bağlı şikayət edilib

2017-ci ilin 9 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə (AQUPDK) daxil olan müraciətlərin sayı açıqlanıb.

AQUPDK-nin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-nın sorğusuna cavab olaraq bildirib ki, Dövlət Komitəsinə uşaq və qadın hüquqlarının müdafiəsi, ailə münaqişələri ilə bağlı mütəmadi olaraq istər yazılı, istərsə də elektron ərizə və şikayətlər daxil olur.

Onun sözlərinə görə, bu ilin 9 ayında Dövlət Komitəsinə olunan müraciətlərin arasında ilk yerdə məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı şikayətlər (19,3%) qərarlaşıb: “Məhkəmə qərarlarının icra edilməməsi ilə əlaqədar şikayətlərin arasında isə əsasən alimentin ödənilməməsi, məhkəmə qərarı ilə uşağın kimin yanında qalması, uşaqla ünsiyyət hüququnun alınması, evə köçürülmə və digər məsələlər yer alıb. Bizə daha çox alimentin ödənilməməsi ilə bağlı şikayətlər daxil olur. Bu problemin həlli Ədliyyə Nazirliyi yanında Aliment Fondunun yaradılmasından keçir. Biz bir neçə il öncə bu barədə təklifimizi vermişik, lakin hələ heç bir yenilik yoxdur”.

Saytların yığılması Saytlarin yigilmasi

Şöbə müdiri bildirib ki, Dövlət Komitəsinə səhiyyə xidmətləri – müalicə və müayinəyə dəstəyin göstərilməsi (11,5%), müxtəlif yönümlü sosial müavinətlər, yardımlar, təqaüdlərin təyin olunması (11%), yaşayış şəraitinin yaxşılaşdırılması (8,1%), məişət zorakılığı (7%) ilə də bağlı müraciətlər daxil olub: “Dövlət Komitəsinə edilən müraciətlər araşdırılır, müvafiq işlər həyata keçirilir. Bəzi müraciətlər aidiyyəti dövlət orqanlarına yönləndirilir. Vətəndaşlar dövlət orqanlarının səlahiyyətlərinə uyğun şəkildə müraciətlərini həyata keçirsələr daha yaxşı olar. Əksər vaxt məhkəmə qərarlarının icra edilməməsinə görə Ədliyyə Nazirliyinə, yaxud da təqaüdlərin, sosial yardımların ayrılmasına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə müraciət etmədən bizə üz tuturlar”.

E. Səfərov qeyd edib ki, Dövlət Komitəsinə edilən müraciətlərin böyük əksəriyyəti müsbət şəkildə öz həllini tapır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button