2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bu il Moskva və Bakı razılaşacaq, Ermənistan əraziləri… – Qarabağda QANLI MÜHARİBƏ

“2016-cı ildə Ermənistan böhran içində oldu. Həm daxili, həm də xarici uğursuzluqlar sürpriz deyildi. 2017-ci ildə də böhran davam edəcək, Ermənistan müstəqilliyi daha da zəifləyəcək və Rusiyanın təsiri artacaq”.

Publika.az xəbər verir ki, bu barədə Londonda fəaliyyət göstərən “Janes Intelligence” analitik təhlükəsizlik mərkəzinin məqaləsində deyilir.

Məqalədə bildirilir ki, Rusiyaya sıx inteqrasiya Ermənistan hakimiyyəti üçün faydalıdır:

Saytların yığılması Saytlarin yigilmasi

“Bununla ölkədə baş verə biləcək sosial qiyamların riski aşağı salınır. Çünki Rusiya Avrasiya İqtisadi İttifaqı ölkələrində hər-hansı qiyama qarşı barışmaz mövqe tutur və müdaxilə edir. Bu baxımdan, 2017-ci ildə Ermənistan Rusiyaya daha çox inteqrasiya edəcək və müstəqil dövlət kimi zəifləyəcək”.

Mərkəz 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gözlənilən proseslərə də diqqət çəkib.

“Qarabağda müharibənin yenilənməsi riski böyükdür. Əgər Moskva və Bakı razılığa gələcəksə, Qarabağ münaqişəsinin həlli məcburi şəkildə həyata keçəcək. Ermənistan ictimaiyyəti buna qarşı çıxarsa, qanlı müharibə ola bilər. Bu baxımdan, hazırda nizama salma üçün təklif olunan variantlar Ermənistan rəhbərliyi üçün əsas ola bilər. İrəvan bunun üçün ictimaiyyəti inandıracaq ki, Dağlıq Qarabağı saxlamaq artıq mümkün deyil”, – deyə məqalədə qeyd olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button