Loading...
Loading...
İqtisadiyyat

Bu il qlobal iqtisadiyyat 5,7% böyüyə bilər

Qlobal iqtisadi artımın tempi bu il 5,7%-ə çata bilər, lakin 2025-ci ilədək 3%-ə qədər yavaşlama ehtimalı var.

Bu barədə “IHS Markit” analitik şirkətinin icraçı direktoru Sara Conson öz proqnozunda bildirib.

2022-ci ildə qlobal ÜDM istehsalının 4,5%-ə çatacağını gözləyən S.Conson bildirib ki, artımın əsas drayverləri istehlak xərclərinin və biznes investisiyalarının əhəmiyyətli bərpası olacaq.

Qeyd edilir ki, proqnozlara görə, 2025-ci ilədək böyümə tempinin 3%-ə qədər yavaşlamasına baxmayaraq, bu göstərici COVID-19 böhranından əvvəlki dövrdə (2019-cu il) qeydə alınan artımdan (2,7%) daha yaxşı olacaq.

APA

Instagram

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  Azərbaycanın əksər bankları Rusiyadan pul köçürmələrini dayandırıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button